Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak etmək və tədbir çərçivəsində BAMF-ın yan tədbirini keçirmək məqsədilə təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında olub. SİA xəbər verir ki, BAMF-ın prezidenti Umud Mirzəyevin, Proqram departamentinin əməkdaşı Jon Ayomidenin və qurumun xüsusi nümayəndəsi Nik Nvolisanın iştirak etdikləri səfər çərçivəsində BMT rəsmiləri və Cenevrədə təmsil olunan QHT-lər ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, “Münaqişə zonalarında uşaqların hüquqları” adlı yan tədbir BAMF-ın təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə martın 27-də keçiriləcək.…
Daha çoxDay: March 25, 2025
Çili sahillərində güclü zəlzələ baş verib…
Bazar ertəsi, martın 24-də Çili sahillərində güclü zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzindən bildirilib. Seysmik hadisənin maqnitudası 5,5 olub. Zəlzələnin episentri 160 min nəfər əhalisi olan Kokimbo şəhərindən 39 kilometr şimalda yerləşib. Mənbə 38 kilometr dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat verilmir. Martın əvvəlində İndoneziya sahillərində, Sumatra adasının şimalındakı Şimali Tapanuli rayonunda 5,5 bal gücündə zəlzələ baş vermişdi. Bundan bir neçə saat əvvəl ölkədə maqnitudası 5,8-ə çatan daha bir neçə zəlzələ qeydə alınıb. Nazlı Almuradova
Daha çoxHeydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi təntənəli iftar mərasimi təşkil edib
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada təntənəli iftar mərasimi keçirilib. SİA xəbər verir ki, Rusiya paytaxtında ənənəvi olaraq keçirilən “Ramadan ayı” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi təntənəli iftar süfrəsi təşkil edib. Tədbirdə ictimaiyyətin, diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova tədbirdə salamlama nitqi ilə çıxış edərək, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan iftara qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib. “Düşünürəm ki, bu gecə birlik, qardaşlıq və xoş əhvali-ruhiyyə ruhunda keçməlidir. Ramazan ayı,…
Daha çoxAzərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 16 %-dən çox azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 103,8 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır. Son 1 ildə ABŞ-yə ixracın dəyəri 12,1 % artaraq 10,3 milyon ABŞ dollarına çatıb, ABŞ-dən idxalın dəyəri isə 18,4 % azalaraq 93,5 milyon ABŞ dollarına düşüb. Hesabat dövründə ABŞ-nin Azərbaycanın ümumi ixracında payı 0,2 %, ümumi idxalında payı isə 2,3 % olub.
Daha çoxİstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək
İstanbulun Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güney şəhər Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb. SİA xəbər verir ki, prokurorluq tərəfindən ona qarşı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Qurultayı seçkilərində saxtakarlıq edilməsi və “Siyasi partiyalar haqqında” Qanunun pozulması iddiası ilə istintaq başlanıb. Güney bu araşdırma ilə bağlı şübhəli qismində ifadə verəcək.
Daha çoxZelenski Ağ Evdə Usıkın kəmərini unudub
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Ağ Evdə görüş üçün hədiyyə olaraq gətirdiyi ukraynalı boksçu Aleksandr Usıkın çempionluq kəmərinin taleyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə “Time” xəbər verir. Zelenski qeyd edib ki, Oval kabinetdə stolun üstündə uzanan kəməri unudub. …O, hələ də orada yatmış ola bilər. Ukraynalı prezident deyib bunu. “Time”nin məlumatına görə, kəməri Tramp administrasiyasının əməkdaşlarından biri görüşdən sonra tapıb. O, ABŞ prezidentinin yeməkxanasına aparıb. Xatırladaq ki, fevralın 28-də Zelenski Ağ Evdə Trampla görüşə gəlib. Siyasətçilər arasında söhbət davaya çevrilib. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib və…
Daha çoxSabahdan havanın temperaturu yüksələcək, 18 dərəcə isti olacaq
Sabahdan havanın temperaturu yüksələcək, 18 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın…
Daha çoxEmin Əmrullayev UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Parisdə UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi məlumat paylaşıb. Bildirilib ki, dialoq “Sürətlə dəyişən dünyada elm diplomatiyası – kişi və qadınların şüurunda sülhün qurulması” mövzusuna həsr olunub. Tədbir nazirləri, siyasətçiləri və ekspertləri bir araya gətirərək qlobal çağırışlar dövründə beynəlxalq əməkdaşlığın, innovasiyanın və davamlı inkişafın təşviqində elm diplomatiyasının rolunu müzakirə etmək üçün keçirilib.
Daha çoxTürkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb. Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib. İstintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub. Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu…
Daha çoxDələduzluqda ittiham olunan azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa çatıb
Rusiyada dələduzluq və dələduzluğa cəhddə ittiham olunan azərbaycanlı keçmiş vəkil Elman Paşayevin işi üzrə istintaq başa çatıb. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. “Rusiyanın hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayətlərin (xüsusilə böyük məbləğdə dələduzluq və dələduzluğa cəhd) törədilməsində ittiham olunur”, – məlumatda bildirilib. İstintaqla müəyyən edilib ki, 2024-cü ilin yanvarında E.Paşayev etimad münasibətlərindən istifadə edərək tanışı Aleksey Blinovskini böyük məbləğdə pul mükafatı müqabilində həyat yoldaşı Yelena…
Daha çox