Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub


Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb.

Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.

Türkiyə parlamentində təmsil olunan bütün siyasi qüvvələrin təşəbbüsü ilə bu cür faciələrin qarşısını almaq məqsədilə təkliflər hazırlamaq üçün xüsusi komissiya yaradılıb.

Əlaqəli Xəbərlər