“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Ankarada keçirilən texno-düşərgənin ilk günü geridə qalıb. SİA xəbər verir ki, 25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ilk günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər. Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim olunub. Ankara Təhsil Müdiri Yaşar Koçakın da…
Daha çoxDay: March 26, 2025
Koreyalı tələbə Tramp administrasiyasını məhkəməyə verib…
Fələstinin müdafiəsi ilə məşğul olan 21 yaşlı Cənubi Koreyalı tələbə Yunseo Jeon onu ölkədən deportasiya etməyə çalışan ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib. SİA-nın məlumatına görə, Kolumbiya Universitetinin tələbəsi olan Yunseo yeddi yaşından ABŞ-da yaşayır. Bununla belə, ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinin məhkəmə sənədlərinə əsasən, onun hüquq qrupuna iki həftə əvvəl onun daimi yaşayış statusunun ləğv edildiyi barədə məlumat verilib. Bazar ertəsi açılan məhkəmədə Yunseo Chung iddia edir ki, Tramp administrasiyası onun ABŞ-da olmasını ölkənin xarici siyasət planlarına maneə kimi görür. O, hələ həbs olunmayıb, lakin immiqrasiya…
Daha çox“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinat olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinat olub. SİA xəbər verir ki, Emin Rafullayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. Emin Rafullayev bu təyinatadək SOCAR RUS-da Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DTSERA-da Təminat, təchizat və təsərrüfat departamentinin şöbə müdiri, eləcə də Mərdəkan Reabilitasiya Pansionatında direktor müavini olub, həmçinin müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb. Emin Rafullayev bu təyinatla bu vəzifəni icra edən Ramin İsrəfilovu əvəz edib.
Daha çoxAzərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin dəyəri 215 milyon ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur. Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 64 dəfə artaraq 73,8 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 3,6 dəfə artaraq 141,2 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın ümumi ixracında payı 1,55 %, ümumi idxalında payı isə 3,4 % olub.
Daha çoxBəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır
Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır: “Biz cəmiyyətlə münasibətləri gücləndirməyə çalışdıqca bəzi qüvvələr buna xələl gətirməyə çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin iç üzlərini açmağımız bəzilərini daim narahat edib. Türkiyəyə və xalqına düşmənçilik bəsləyən çevrələr isə həmin qüvvələri öz məqsədləri üçün tam istifadə ediblər”.
Daha çoxÖtən il BMT-nin 101 əməkdaşı həbs edilib
Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında bildirib. O, BMT əməkdaşlarının tez-tez böyük risk altında olduğunu, oğurluq, zorakılıq, təqib, həbs və daha çox təhlükə ilə üzləşdiklərini deyərək hökumətləri onların təhlükəsizliyini təmin etməyə və onlara qarşı törədilmiş cinayətlərə görə ədaləti təmin etməyə çağırıb. Həmçinin bütün dövlətləri BMT əməkdaşlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməyə səsləyib. “Biz bəşəriyyətə xidmət edənləri birlikdə qorumalı və hər kəs üçün daha yaxşı…
Daha çoxBaş prokurorun səlahiyyət müddəti bitir
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir. SİA xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub. “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır. Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır. “Prokurorluq haqqında” qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər…
Daha çoxKral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb
Kral Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın xəstəlikdən sağalması ilə əlaqədar qarşılıqlı razılaşma əsasında təxirə salınıb. SİA “Sky News”a istinadla xəbər verir ki, 88 yaşlı Papa həyati təhlükəsi olan pnevmoniya ilə mübarizə apararaq beş həftə xəstəxanada yatdıqdan sonra bazar günü Vatikana gəlib. Açıqlamada deyilir ki, həkimin məsləhəti ilə Papa Fransisk uzun müddət istirahət etməlidir. Çarlz və Kamillanın İtaliya turunun hələ də davam etdiyi, lakin mart ayında elan edilən proqramda bəzi dəyişikliklərin olacağı gözlənilir. Aprelin 7-dən 10-a qədər olan səfər Papanın yubileyini və Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasındakı…
Daha çoxXankəndiyə turist axını var – FOTOLAR
Xankəndiyə turist axını var – FOTOLAR
Daha çoxYuxu pozuntularının insan psixikası ilə əlaqəsi
“Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Psixoloqun fikrincə, günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur. Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Hesab edilir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır:…
Daha çox