ABŞ Ermənistandakı səfirini dəyişir: Məhkəmə qarşısına çıxaracaq


ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin tezliklə vəzifəsini tərk edəcək.

SİA xəbər verir ki, bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, onun geri çağırılması barədə qərar 10-15 gün əvvəl verilib, lakin diplomat bir aydan sonra vəzifəsini tərk edəcək. Eyni zamanda, bildirilir ki, Kvin ABŞ-da mühakimə oluna bilər. Qəzet qeyd edir ki, ona qarşı irəli sürülən ittihamlar Ermənistana gəlməmişdən əvvəl ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili olması ilə bağlıdır.

“İravunk” yazır ki, Kvini neytral diplomat əvəz edəcək.

Qeyd edək ki, Kristina Kvin İrəvana 2023-cü il fevralın 16-da gəlib. O, ABŞ-ın Ermənistandakı onuncu səfiridir. İrəvandan əvvəl o, Kiyevdə işləyib.

Əlaqəli Xəbərlər