Avropa İttifaqı ordusunun yaradılması təklif olunub


Biz 24 ölkənin silahlı qoşunlarını birləşdirəcək Avropa ordusu yaratmalıyıq.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes bildirib.

İspaniyalı hökümət başçısının sözlərinə görə, dünyada geosiyasi vəziyyət pisləşib və Avropa hazırda yeni böhranla üz-üzə qalıb.

“Bizim etməli olduğumuz şey – 27 ölkədən ibarət, vahid bayraq altında və eyni maraqlar əsasında idarə olunacaq Avropa ordusu, yəni birləşmiş silahlı qüvvələr yaratmaqdır. Yalnız bu yolla biz həqiqi ittifaqa çevriləcək və bölgəmizdə davamlı sülhü təmin edəcəyik”, – o əlavə edib.

Əlaqəli Xəbərlər