Duma miqrantlar üçün vergini 30 faizə qaldırmaq istəyir…

…Dövlət Duması Rusiyada patentlə işləyən miqrantlar üçün fərdi gəlir vergisinin 30 faizə qədər artırılmasını təklif edib. SİA-nın məlumatına görə, bu təşəbbüsü sədr Leonid Slutskinin başçılıq etdiyi LDPR fraksiyasının deputatları təklif ediblər. Partiyanın mətbuat xidməti bildirib ki, hazırda patentlə işləyən əcnəbilər üçün bu göstərici 13-22 faiz təşkil edir ki, bu da digər miqrantların göstəricisindən xeyli aşağıdır. LDPR-dən verilən məlumata görə, verginin artırılması büdcəyə əlavə vəsait cəlb edəcək və onları regionların inkişafına, eləcə də uşaqlı ailələrin dəstəklənməsinə yönəldəcək. Leonid Slutski qeyd edib ki, ötən il Rusiyada miqrantların sayı 568,5 min nəfər artıb…

Daha çox

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycanın rayonlarında martın 27-də gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Daha çox

Qaqauziya parlamenti Qutsulun həbsinə görə Kişineuya ultimatum verib

Moldova hakimiyyəti Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu azad etməyəcəyi təqdirdə muxtar bölgənin Xalq Məclisi ölkədə etiraz aksiyalarını dəstəkləyəcək. SİA xəbər verir ki, bu barədə bu gün parlamentin təcili iclasında qəbul edilən bəyanatda bildirilib. “Parlament Qaqauziyanın başçısı Yevgeniya Qutsulun qanunsuz həbsinə qəti etirazını bildirir”, – bəyanatda qeyd olunub. Parlament, həmçinin Qutsulun həbsini Kişineunun muxtar quruma təzyiqinin artırılması istiqamətində növbəti addım adlandırıb və Moldova hakimiyyətindən onun dərhal azad edilməsini tələb edib. Bundan əlavə, bəyanatda Qaqauziyaya qarşı ayrı-seçkiliyin dayandırılması və onun hüquqlarına riayət edilməsi tələbi də yer alıb. Qeyd edək ki, Qaqauziyanın başçısı martın…

Daha çox

Bali səlahiyyətliləri xarici turistlər üçün yeni qaydalar hazırlayır

Yeni qaydalar toplusu öhdəliklər və qadağaları ehtiva edir… …İndoneziyanın Bali əyalət hökuməti xarici turistlər üçün öhdəlikləri, qadağaları və cəzaları əks etdirən yeni qaydalar toplusu yayımlayıb. SİA xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb. Yeni qaydalara əsasən, əcnəbilər adada olarkən, xüsusən də müqəddəs yerləri ziyarət edərkən təvazökar şəkildə geyinməli və özlərini düzgün aparmalıdırlar. Onlar həmçinin avtomobili məsuliyyətlə idarə etməli, beynəlxalq sürücülük vəsiqəsi almalı, motosiklet sürərkən dəbilqə taxmalıdırlar. Bundan əlavə, turistlər 150 min İndoneziya rupisi (təxminən 9 dollar) rüsum ödəməlidirlər və əcnəbilər Balidə qaldıqları müddətdə…

Daha çox

Avropa İttifaqı ordusunun yaradılması təklif olunub

Biz 24 ölkənin silahlı qoşunlarını birləşdirəcək Avropa ordusu yaratmalıyıq. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes bildirib. İspaniyalı hökümət başçısının sözlərinə görə, dünyada geosiyasi vəziyyət pisləşib və Avropa hazırda yeni böhranla üz-üzə qalıb. “Bizim etməli olduğumuz şey – 27 ölkədən ibarət, vahid bayraq altında və eyni maraqlar əsasında idarə olunacaq Avropa ordusu, yəni birləşmiş silahlı qüvvələr yaratmaqdır. Yalnız bu yolla biz həqiqi ittifaqa çevriləcək və bölgəmizdə davamlı sülhü təmin edəcəyik”, – o əlavə edib.

Daha çox

Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər Ermənistan – ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında” razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb. O qeyd edib ki, sənəd imzalanmasını gözləyir. Tərəflər eyni zamanda Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Daha çox

Samuxda zəlzələ baş verib

Azərbaycanın Samux rayonunda zəlzələ olub. SİA-nın məlumatına görə, Respublika Seymoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Daha çox

Qadınlar bu ölkədə də orduya cəlb olunacaq

Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən qadınları orduya cəlb etməyə başlayacaq. SİA xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mişel Hildqord bildirib. “Danimarka Silahlı Qüvvələrinin səfərbər edə biləcəyimiz bütün döyüş gücünə ehtiyacı var. Bunun üçün biz cəmiyyətin bütün təbəqələrindən olan insanları orduya cəlb etməliyik. Cinsindən asılı olmayaraq, müxtəliflik problemlərin həllini gücləndirir və daha güclü müdafiələr yaradır. İlkin plan 2027-ci ilin əvvəlindən qadınların işə götürülməsinə başlamaq idi, lakin ilk çağırışçılar 2026-cı ildə xidmətə başlayacaq”,- deyə o qeyd edib. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen də bildirib ki, ölkənin…

Daha çox

Bəraət qazanan yapon 1,44 milyon dollar təzminat alacaq

…47 il edamını gözlədikdən sonra …1966-cı ildə yaponiyalı bir kişi öz müdirini, onun arvadı və iki uşağını öldürməkdə günahlandırılmışdı. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Hakamata adlı həmin şəxs əvvəlcə cinayəti etiraf etdi, lakin sonradan etirafın işgəncə altında alındığını bildirdi. Yaponiyanın Şizuoka Rayon Məhkəməsi ölkə hökumətini ölüm cəzasını gözləyən 89 yaşlı İvao Hakamataya 217 milyon yen (təxminən 1,44 milyon dollar) ödəməyə qərar verib. Bu barədə Kyodo agentliyi keçmiş məhbusun vəkillərinə istinadən məlumat yayıb. Ödəniş keçmiş məhbusun 1966-cı ildə müdirini, onun arvadı və…

Daha çox

Hindistandan Azərbaycana smartfon idxalı 9 dəfə azalıb

Bu ilin yanvar ayında Azərbaycana Hindistandan 792 ədəd smartfon idxal edilib. SİA Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında xəbər verir ki, bu sayda smartfonların idxalına çəkilən xərc 272,8 min ABŞ dolları olub. Hindistandan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 6 min 341 ədəd və ya 9 dəfə, dəyər ifadəsi ilə 1,24 milyon ABŞ dolları, yaxud da 5,5 dəfə azalıb. Belə ki, ötən ilin ilk ayında Azərbaycana Hindistandan 1,5 milyon ABŞ dolları dəyərində 7 min 133 ədəd smartfon gətirilib. Bu ilin yanvarında Hindistandan idxal olunan smartfonun…

Daha çox