Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri izami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il martın 13-15-də XII Qlobal Bakı Forumu keçirildi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Forumun əsas məqsədi, beynəlxalq əməkdaşlığı gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji yenilikləri təşviq etmək və qlobal təhlükəsizlik məsələlərində yeni yanaşmalar ortaya qoymaqdır. Bakı Forumu beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratmışdır. “Dünya düzəninin…
Daha çoxDay: March 26, 2025
Ruslar yağ zavodlarında istehsalı dayandırmağa başlayıblar
…EFKO şirkəti Rusiyanın cənubunda yerləşən iki yağ hasilat zavodunda (OEP) fəaliyyətini dayandırıb. Səbəb hazırkı bazar vəziyyətində yaranmış maliyyə itkiləridir. Şirkət nümayəndələri bildiriblər ki, hər iki zavod əsasən ixracyönümlüdür, lakin hazırda günəbaxan toxumlarının xaricə satışa çıxarılması yalnız itkilərlə nəticələnir. SİA-nın məlumatına görə, EFKO qeyd edir ki, digər bazar oyunçuları da istehsal xətlərini dayandırmağa məcburdurlar. Şirkət vurğulayır ki, bu tədbir müvəqqətidir və uzunmüddətli problemlərlə deyil, bazardakı dalğalanmalarla, o cümlədən həddindən artıq möhkəmlənmiş rublla bağlıdır. Bu barədə RBC yazıb. Bundan əvvəl Rusiyanın cənubunda yağlı bitkilərin alış qiymətlərinin artaraq kiloqramı 50 rublu keçdiyi bildirilirdi.…
Daha çoxPutin atəşkəsdən əvvəl ABŞ-la daha geniş sövdələşmə əldə etmək istəyir…
…Moskva Trampın Ukraynada atəşkəslə bağlı israrını iqtisadi və geosiyasi fürsət kimi görür və amma, lakin hərbi məqsədləri də dəyişməz olaraq qalır..? SİA-nın məlumatına görə, “The New York Times” yazır ki, Rusiya Ukraynada sülh razılaşması olmadan da ABŞ-dan əhəmiyyətli faydalar əldə edə bilər. ABŞ prezidenti Donald Tramp deyir ki, onun əsas məqsədi “Ukraynada ölüm yürüşünü mümkün qədər tez dayandırmaqdır”. Lakin Vladimir Putin üçün Trampla atəşkəs danışıqları daha böyük planın bir hissəsidir… …Məlum olduğu kimi, Rusiya və Amerika rəsmiləri Qara dənizdə enerji obyektlərinə hücumların və gəmiçiliyin dayandırılmasını da əhatə edən qismən atəşkəsin…
Daha çoxSürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha çoxİstanbulda bələdiyyə seçkiləri keçirilir
Bu gün İstanbulda Böyükşəhər və Beylikdüzü bələdiyyələrinin sədr müavinləri vəzifələrinə seçkilər keçirilir. SİA xəbər verir ki, Beylikdüzü rayonu üzrə səhər saatlarında başlanan səsvermə artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə İstanbulun Beylikdüzü Bələdiyyəsinin sədr müavini vəzifəsinə Önder Serkan Çebi təyin edilib. Saat 1-dən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə başlayacaq seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verəcək. Qeyd edək ki, bu bələdiyyələrin məclis üzvləri arasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri çoxluq təşkil edir. Xatırladaq ki, martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin…
Daha çoxOkeanın dibində tapılan qəribə “qızıl yumurta”..?
Alimlər iki ildir ki, bunun nə olduğunu anlamağa çalışırlar… …Hələ o vaxt, 2023-cü ildə günəşin isti işığının nüfuz etmədiyi Alyaska sahillərindən təxminən 3300 metr dərinlikdə, NOAA Ocean Exploration şirkətinin uzaqdan idarə olunan sualtı gəmisi qəribə qızıl topa rast gəlmişdi. SİA-nın məlumatına görə, “Science Alert” yazır ki, alimlər sirli strukturun nümunələrini toplaya biliblər, lakin onun dəqiq nə olduğu hələ məlum deyil. Tədqiqatçılar qeyd edirlər ki, qəribə obyekt diametri təxminən 10 santimetr olan ağ süngərlərlə örtülmüş qayaya möhkəm yapışmış vəziyyətdə tapılıb. Elm adamlarının fikrincə, “qızıl yumurta” üzərindəki dəlik daha…
Daha çoxAzərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur. Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.
Daha çoxEmin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 25-də UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini…
Daha çoxAvropa Amerika alimlərini Trampdan xilas edir..?
Amerika universitetləri siyasətin qurbanına çevrilməkdədirlər… …ABŞ prezidenti Donald Trampın administrasiyası alimləri maliyyədən məhrum edir, onları işdən çıxarır, respublikaçıların ideoloji baxışlarına uyğunlaşdırmağa məcbur edir. ABŞ səlahiyyətliləri iqlim dəyişikliyi və peyvəndlərlə bağlı araşdırmalarla maraqlanmır. SİA-nın məlumatına görə, Britaniyanın “The Guardian” nəşri yazır ki, buna cavab olaraq Avropa universitetləri amerikalı həmkarlarını xilas etmək üçün kampaniyaya başlayıblar. …Brüssel Azad Universiteti tədqiqatları təhlükə altında olan alimlər üçün yeni tədqiqat mövqeləri açıb. Universitetin rektoru Jan Danckaertın dediyinə görə, Amerika universitetləri siyasətin qurbanına çevriliblər. …Fransız Pasteur İnstitutu da amerikalıları qəbul edir. İnstitutun…
Daha çoxŞəhid övladları üçün Ankarada texno-düşərgə təşkil olundu
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Ankarada keçirilən texno-düşərgənin ilk günü geridə qalıb. SİA xəbər verir ki, 25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ilk günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər. Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim olunub. Ankara Təhsil Müdiri Yaşar Koçakın da…
Daha çox