Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçularının istifadə etdiyi mağaranı ələ keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb Bildirilib ki, mağarada çoxlu sayda silah-sursat və məişət avadanlıqları aşkarlanıb.
Daha çoxDay: March 26, 2025
Kəndin yaxınlığında başında güllə dəliyi olan pələng tapılıb
Ovçuluq müfəttişləri Primorsk diyarında kənd yaxınlığındakı yolun yaxınlığındakı xəndəkdə başından güllə ilə vurulmuş Amur pələnginin cəsədini aşkar ediblər. SİA-nın məlumatına görə, bu barədə Amur Mash xəbər verir. Nəsli kəsilməkdə olan yırtıcı heyvanın cəsədi Dalnereçensk-Roşçino-Vostok avtomobil yolunun Vostok kəndindən 10 kilometr aralıda tapılıb. Hazırda mütəxəssislər heyvanın cəsədini müayinə edirlər. Pələngin öldürülməsində iştirak edənlərin axtarışı davam etdirilir. Bundan əvvəl İndoneziyada pələng plantasiya işçisini parçalayıb. Nazlı Almuradova
Daha çoxİğtişaşlara baxmayaraq rusiyalı turistlər Türkiyəyə gedirlər…
Türkiyədəki iğtişaşlar rusiyalı turistləri dayandıra bilməyib..? …İstanbulda iğtişaşlar və nümayişlərlə bağlı xəbərdarlıqlara baxmayaraq, kurort zonalarında vəziyyət sakit olduğu üçün Sibirdən Türkiyəyə turist axını stabil olaraq qalır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Novosibirsk Turizm Təşkilatları Assosiasiyasının icraçı direktoru Svetlana Fomenko bildirib. O, qeyd edib ki, iqtisadi, siyasi və iqlim faktorlarının təsirinə baxmayaraq, uçuşlar adi qaydada həyata keçirilir, turizm zonalarında sakitlik hökm sürür. Türkiyəyə səfər etməyi planlaşdıran turistlərə ayıq-sayıq olmaları və insanların çox olduğu yerlərdən uzaq durmaları tövsiyə olunur. Əsas odur ki, təhlükəsizliyi laqeyd qoyaraq…
Daha çoxNovruz bayramının abu-havası davam edir
Artıq Novruz bayramının sonuna yaxınlaşırıq. Dənizkənarı milli parkda olan bu yarmarkada insanlar fəallıqları ilə müşahidə olunur. Bu yarmarkada müxtəlif Novruz təamları, fərqli əl işləri və suvenirlər satılır. Bəs hazırda yarmarkada qiymətlərin vəziyyəti necədir? Alıcılar qiymətlərdən razıdırmı? Şəhər sakini Ziyadə Yusibova: “Biz hələ indi şəhərə çıxmışıq. Yarmarkanın qiymətlərindən məlumatımız yoxdur. Sizinlə bərabər indi qiymətlərin necə olmasına baxacıq. Bayramınızda mübarək!”. Satıcı: “Yarmarkada alıcılıq qabiliyyəti normaldır, hər şey qaydasındadır. Qiymətlərə gəldikdə isə bir kartof çubuğu 4 manatdır. Yarmarkanın müddəti ayın 30-na qədər olmalıdır. Yəni martın 30-dan sonra yuarmarkalar bağlanacaq. Bundan əvvəlki günlər insanlar…
Daha çoxZibil qabından yemək yeyərkən videoya düşən oğlan axtarılır…
…Rusiyada, Voronejdə hüquq-mühafizə orqanları azyaşlının zibil qabından yemək yediyini göstərən videonun yayılması ilə bağlı araşdırma aparır. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb. …Rayon prokurorluğu tərəfindən ticarət mərkəzinin yaxınlığında uşaq aşkarlanması ilə bağlı KİV-də yayılan məlumatlar əsasında qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edib. Bundan əvvəl, bir hadisə şahidi tərəfindən “Şilovo sakinləri” Telegram kanalında bir oğlanın zibil qutularını gəzdiyini, çantalardan qırıntıları götürüb və acgözlüklə yeydiyi bir video yayımlanıb. Hadisə şahidinin sözlərinə görə, o, uşağı Ostroqojskaya küçəsində yerləşən ticarət mərkəzinin yanında görüb. …İlkin…
Daha çoxTürkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Türkiyə dərsliklərində və tədris vasitələrində istifadə olunan altı xəritə yenilənib, 40 yeni xəritə hazırlanıb. Yenilənənlər arasında Türk dünyası, Türkiyənin inzibati ərazi bölgüsü və quru-dəniz sərhədləri, dünyanın siyasi, Türkiyənin, dünyanın və Kipr adasının fiziki xəritələri yer alır. SİA xəbər verir ki, yenilənmiş kitabların 2025-2026-cı tədris ilindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Türkiyədə kənd təsərrüfatı inqilabının baş verdiyi bölgələr, İslamın yaranma və yayılma xəritələri, Osmanlı imperiyasının əhalisi və hakimiyyət sahələri, qədim Anadolu sivilizasiyalarının yerləşdiyi bölgələr, Türkiyə Səlcuqlu və Uyğur dövlətlərinin xəritələri başda olmaqla, 40 yeni xəritə hazırlanıb. Dərs vəsaitlərinin funksionallığının…
Daha çoxUkrayna sakinlərinin demək olar ki, 80 faizi Ali Radaya inanmır
Bunu Razumkov Mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir..? …Respondentlərin əksəriyyəti dövlət aparatına (79 faiz məmurlara güvənmir), siyasi partiyalara (77 faiz), Ukrayna Ali Radasına (77 faiz), məhkəmələrə (bütövlükdə məhkəmə sisteminə 73 faiz) və Ukrayna hökumətinə (71 faiz) etimadsızlıq ifadə edir..? SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sorğunun nəticələri göstərib ki, ukraynalıların 60 faizindən çoxu prokurorluğa (63,5 faiz), Ukrayna Milli Antikorrupsiya Bürosuna (62 faiz), Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyə (62 faiz) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğuna (62 faiz) etibar etmir. Bundan əvvəl Kiyev meri…
Daha çox“Telemexanika Zavodu”nun keçmiş direktoru yenidən rəhbərliyə gətirilib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib. O, bundan əvvəl də – 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib. Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən “Telemexanika” İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.
Daha çox