…Rusiyada, Voronejdə hüquq-mühafizə orqanları azyaşlının zibil qabından yemək yediyini göstərən videonun yayılması ilə bağlı araşdırma aparır.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
…Rayon prokurorluğu tərəfindən ticarət mərkəzinin yaxınlığında uşaq aşkarlanması ilə bağlı KİV-də yayılan məlumatlar əsasında qanunvericiliyin icrası ilə bağlı yoxlama təşkil edib.
Bundan əvvəl, bir hadisə şahidi tərəfindən “Şilovo sakinləri” Telegram kanalında bir oğlanın zibil qutularını gəzdiyini, çantalardan qırıntıları götürüb və acgözlüklə yeydiyi bir video yayımlanıb.
Hadisə şahidinin sözlərinə görə, o, uşağı Ostroqojskaya küçəsində yerləşən ticarət mərkəzinin yanında görüb.
…İlkin olaraq, bu, bir müddət əvvəl sol sahildə azmış həmin oğlandır,- deyə oğlanın görüntülərini göndərən rayon sakini paylaşıb.
Nazlı Almuradova