ABŞ-ın strateji nüvə qüvvələrinin əsas silahı olaraq qalan B61-12 termonüvə bombası tənzimlənən məhsuldarlığı sayəsində taktiki və strateji missiyaları yerinə yetirə bilir.
SİA-nın məlumatına görə, ABŞ-ın “nüvə kabusu”nun xüsusiyyətləri The National Interest (TNI) nəşrində qeyd edilib.
…Deməli, B61-12 seriyalı istehsal olunur. Müəllifin fikrincə, bu bomba gücü dəyişdirilə bildiyi üçün dünyada bu tipli ən çox yönlü sursatlardan biridir.
…B61-12 birində dörd bombadır. Nüvə silahının gücü dörd fərqli dəyərə qədər artırıla bilər, – nəşr yazır.
Bomba 0,5, 1,5, 10 və ya 50 kilotonluq yükləri dəstəkləyir. Ona görə də ondan taktiki və ya strateji nüvə silahı kimi istifadə oluna bilər.
Müəllif qeyd edib ki, 0,3 kilotonluq sursat döyüş meydanında konkret ərazini vura bilər, ən güclü B61-12 isə şəhəri tamamilə məhv edə bilər.
Martın əvvəlində TNI, ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış yeni B-21 Raider strateji bombardmançısının uçuş məsafəsinə görə B-2 Spirit-i ötəcəyini bildirmişdi.
Əl Babayev