Martın 27-si Azərbaycanın rayonlarında gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. SİA xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.