İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib. Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz…

Daha çox

Tramp “Politico”dan 8 milyon dolların geri qaytarılmasını tələb etdi

ABŞ prezidenti Donald Tramp Amerikanın “Politico” qəzetindən ABŞ büdcəsinə 8 milyon dolların qaytarılmasını tələb edib. …Hökumətimizin radikal sol jurnal Politico-ya verdiyi 8 milyon dollara nə oldu və ya siz onu necə adlandırırsınız. Zənginlərin əlində olan bu pullar tez bir zamanda DOGE-yə qaytarılmalıdır. O, bunu Truth Social-da yazıb. Fevral ayında Ağ Evin mətbuat katibi Caroline Leavitt, ABŞ hökumətinin ildə təxminən 8 milyon dollara başa gələn Politico-ya abunəliyini ləğv edəcəyini açıqladı. O, nəşrin əslində Amerika vergi ödəyiciləri tərəfindən subsidiya edildiyini vurğuladı. DOGE-nin əməkdaşı Elon Mask da əvvəllər ABŞ icra hakimiyyəti orqanlarının Politico,…

Daha çox

Rəqəmsal təhsilə Azərbaycan baxışı: Qaraqanda görüşlər

Ənənəvi olaraq “RoboLand 2025” festivalı ərəfəsində keçirilən “Karaqanda görüşləri”nin iştirakçıları süni intellektin inkişafı dövründə təhsilin necə qurulnmasının yollarını müzakirə ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu il müzakirələrin mövzusu “Təhsilin rəqəmsal transformasiyası: tendensiyalar və perspektivlər” olub. Aparıcı qazax və Azərbaycan, İran, Bolqarıstan, Sloveniya, Rusiya və digər ölkələrdən olan xarici ekspertlər dəyirmi masa iclasında rəqəmsal texnologiyaların təhsil prosesinə tətbiq edilməsi məsələlərini müzakirə edib, STEM təhsilinin inkişafı sahəsində təcrübə mübadiləsi aparıblar.

Daha çox

ING Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group” Azərbaycanda ÜDM artımının növbəti illərdə 2-3 % diapazonunda qalacağını proqnozlaşdırır. SİA xəbər verir ki, bu barədə ING-nin hesabatında qeyd edilib. Hesabata görə, istehlak yönlü sektorlarda əhvali-ruhiyyə müsbət olaraq qalır: “Bunun əsas səbəbləri real gəlir və məşğulluğun davamlı artımı, eləcə də pərakəndə kreditlərin sürətli genişlənməsidir. Hazırda daxili pərakəndə kreditlər ÜDM-in 14 %-ni (qeyri-neft ÜDM-in 23%-ni) təşkil edir. Müqayisə üçün, 2022-ci ildə bu göstərici müvafiq olaraq 8 % və 17 % olub. Bununla belə, real ifadədə artım tempi 2024-cü ilin əvvəlindəki 23 %-lik…

Daha çox

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib. Sonra dövlət başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz. Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik…

Daha çox

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir. Nazirlikdən SİA-ya bildirilib ki, martın 15-dən start verilən və bu ilin aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə fermerlərin fəaliyyəti, gündəlik həyatı, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir. Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada…

Daha çox

Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Qeyd olunub ki, məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı. Ötən müddət ərzində…

Daha çox

Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Cənubi Koreyanın cənub-şərqində meşə yanğınları nəticəsində ən azı 24 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi məlumat yayıb. Həlak olanlar arasında bu gün şərqi Kyonsan-Pukto əyalətində yanğını söndürərkən qəzaya uğrayan helikopterin 73 yaşlı pilotu da var. Yanğınların söndürülməsinə onlarla helikopter, təxminən 5 min yanğınsöndürən və 560 ədəd xüsusi texnika cəlb edilib. Güclü külək və quru hava şəraiti yanğının söndürülməsinə mane olur. Agentlik qeyd edib ki, güclü küləklər səbəbindən meşə yanğınlarının şərq sahil bölgələrinə, o cümlədən böyük atom elektrik stansiyasının yerləşdiyi əraziyə yayılması riski var. Ölkənin…

Daha çox

Növbəti iki gündə güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha çox

Qahirədə Misir-Azərbaycan Biznes Forumu keçiriləcək

Bu il Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində biznes forumun keçirilməsi nəzərdə tutulur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşat dünən Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovla keçirdiyi görüşdə bildirib. Misirli nazir qeyd edib ki, Komissiyanın iclası və forum çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, investisiya imkanları müzakirə ediləcək. Bu tədbirlərin, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıqların qurulması üçün yaxşı imkan olduğunu diqqətə çatdıran nazir ölkəsinin Azərbaycandan investisiyaların…

Daha çox