Çin Xalq Respublikasında səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 27-də Pekində Çinin nüfuzlu beyin mərkəzlərindən olan Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb. SİA xəbər verir ki, nazir müavini Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional məsələlərə dair mövqeyi, dost ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə münasibətləri barədə danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi fəal xarici siyasət yürüdür, dünyada sülhün, sabitliyin, ədalətin təminatı, bərabərhüquqlu əməkdaşlığın inkişafı üçün…
Daha çoxDay: March 27, 2025
ABŞ-ın “nüvə kabusu” adlı bombasının xüsusiyyətləri
ABŞ-ın strateji nüvə qüvvələrinin əsas silahı olaraq qalan B61-12 termonüvə bombası tənzimlənən məhsuldarlığı sayəsində taktiki və strateji missiyaları yerinə yetirə bilir. SİA-nın məlumatına görə, ABŞ-ın “nüvə kabusu”nun xüsusiyyətləri The National Interest (TNI) nəşrində qeyd edilib. …Deməli, B61-12 seriyalı istehsal olunur. Müəllifin fikrincə, bu bomba gücü dəyişdirilə bildiyi üçün dünyada bu tipli ən çox yönlü sursatlardan biridir. …B61-12 birində dörd bombadır. Nüvə silahının gücü dörd fərqli dəyərə qədər artırıla bilər, – nəşr yazır. Bomba 0,5, 1,5, 10 və ya 50 kilotonluq yükləri dəstəkləyir. Ona görə də ondan taktiki və ya strateji…
Daha çoxAlmaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib
Almaniyanın altı əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə axtarış aparılıb. Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının cəlb olunduğu əməliyyatların məqsədi “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlinin saxlanılmasıdır. Bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır. Bu terrorçu qrupun Almaniyadakı qanadının azı üç ildir fəaliyyət göstərdiyi və Eritreya icmasının keçirdiyi tədbirlərdə dəfələrlə zorakılığa əl…
Daha çoxOrenburqdan Bakıya birbaşa reys açılacaq
Rusiyanın “İrAero” aviaşirkəti aprelin 20-də Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq. SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Orenburq hava limanının mətbuat xidməti məlumat yayıb. Azərbaycan paytaxtına birbaşa reyslər bazar günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa gəliş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya gəliş 14:00-da olacaq. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2,5 saat təşkil edəcək.
Daha çoxPrezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib. SİA xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Daha çoxPolşanın Rusiya ilə müharibəyə girmə şansı qiymətləndirilib…
…Hərbi ekspert Anatoli Matviyçuk Polşanın Rusiya ilə müharibəyə girmə şansını dəyərləndirib. SİA-nın məlumatına görə, bu barədə NEWS.ru yazır. Analitikin fikrincə, Polşa kəskin sursatın çatışmazlığı səbəbindən hərbi münaqişədə Rusiyaya müqavimət göstərə bilməyəcək, çünki ölkə Ukraynaya öz mərmi ehtiyatlarını göndərib və öz istehsalı yoxdur. Nəşrin həmsöhbəti Rusiyanın mühüm hərbi potensiala malik olduğunu vurğulayıb. Ekspertin fikrincə, Rusiya gündə 100 min mərmi atmağa qadirdir ki, bu da Polşanın imkanlarını xeyli üstələyir. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Rusiya müdafiə sənayesinin inkişafına “böyük iqtisadi resurslar” yatıran Şimali Atlantika Alyansına üzv ölkələr…
Daha çoxİlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. SİA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib. Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət,…
Daha çoxİstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin yeni vəkili seçilib
İstanbulda Böyükşəhər Bələdiyyəsi (İBB) sədrinin vəkili vəzifəsi ilə bağlı keçirilən səsvermə başa çatıb. Seçkinin nəticələrinə görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə İBB sədrinin vəkili (müvəqqəti icraçı) seçilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, yerli vaxtla saat 13:00-da başlayan seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verib, onların arasında CHP-lilər çoxluq təşkil edir. Xatırladaq ki, bu gün İstanbulda daha bir seçki şəhərin Beylikdüzü rayonu üzrə keçirilib və bu səsvermədə bələdiyyə sədrinin vəkili olaraq Önder Serkan Çebi müəyyən edilib. Martın…
Daha çoxTürkiyə şirkəti Orta Dəhlizin inkişafına investisiya yatırmağa hazırdır
Türkiyə şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. SİA-nın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayevin Türkiyənin “Çalık Holding” şirkətinin İdarə Heyətinin sədri Ahmet Çalıkla görüşündə bildirilib. Görüşdə tərəflər Qazaxıstanın nəqliyyat və logistika sahəsində investisiya əməkdaşlığının perspektivlərini və imkanlarını müzakirə ediblər. “Türkiyə tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun infrastrukturunun inkişafı məqsədilə bir sıra perspektivli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib”, – məlumatda qeyd olunub. Danışıqların yekunları üzrə tərəflər tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə maraq ifadə ediblər.
Daha çoxGürcüstan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram. Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır. Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan…
Daha çox