Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin “Mələklərin fəryadı” adlı qobelen sərgisi açılacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, martın 29-dan etibarən açılacaq sərgi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunacaq.
Sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilir. Sərgilənən əsərlər, xüsusilə 1918-ci ildə baş verən Quba soyqırımına həsr olunmuş “Mələklərin fəryadı” adlı qobelen faciənin dərin təsirini izləyicilərə çatdırır. Sərgi tarixin unudulmaması və faciə qurbanlarının xatirəsinin yaşadılması məqsədi daşıyır.