Ənənəvi olaraq “RoboLand 2025” festivalı ərəfəsində keçirilən “Karaqanda görüşləri”nin iştirakçıları süni intellektin inkişafı dövründə təhsilin necə qurulnmasının yollarını müzakirə ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu il müzakirələrin mövzusu “Təhsilin rəqəmsal transformasiyası: tendensiyalar və perspektivlər” olub.
Aparıcı qazax və Azərbaycan, İran, Bolqarıstan, Sloveniya, Rusiya və digər ölkələrdən olan xarici ekspertlər dəyirmi masa iclasında rəqəmsal texnologiyaların təhsil prosesinə tətbiq edilməsi məsələlərini müzakirə edib, STEM təhsilinin inkişafı sahəsində təcrübə mübadiləsi aparıblar.