Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov “Hərbi fərqlənməyə görə” medalını Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırova təqdim edib.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Milli Qvardiyasının Respublika üzrə İdarəsinin mətbuat xidməti bildirib.
Martın 27-də Rusiya Milli Qvardiya Qoşunları Gününə həsr olunmuş yığıncaq keçirilib, həmin toplantıda mükafatlandırma mərasimi keçirilib.
…Adam Kadırov Rusiya Milli Qvardiyasının direktoru, Rusiya Qəhrəmanı, ordu generalı Viktor Zolotov tərəfindən ona verilən “Hərbi fərqlənməyə görə” Rusiya Milli Qvardiyasının departament medalı ilə təltif edilib, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Adam Kadırov bir sıra orden və medallarla, o cümlədən Rusiyanın “Əmək şücaəti” ordeni, Çeçenistan Qəhrəmanı adı, “İslam dininə xidmətə görə” ordeni və s. alıb.
Adam Kadırova 19-cu əsrdə Qafqaz müharibəsi zamanı İmam Şamil tərəfindən çeçen lideri Baysanqur Benoyevskinin saxlanması üçün verdiyi ordeni də verilib.
Nazlı Almuradova