İşğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir. SİA-nın məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzində…
Daha çoxDay: March 28, 2025
Fransa hökumətinin təbii fəlakət baş verən anda verdiyi sözlər boş vəd olaraq qalır
Fransa hökumətinin dənizaşırı ərazilərində baş verən təbii fəlakətlərlə bağlı hazır planı yoxdur. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə keçirilən mətbuat konfransında Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib. O bildirib ki, hər dəfə təbii fəlakətlərdən sonra Fransa hökuməti kömək edəcəyini desə də, bu, aldatma xarakterli olur. “Onlar çıxış edir ki, sizə ancaq biz kömək edə bilərik. Bir növ gözdağı verirlər. Əvvəlcədən qurulmuş kommunikasiya var, sadəcə bizi susdurmaq istəyirlər ki,…
Daha çoxHəlak olan 909 əsgərin cəsədi Ukraynaya təhvil verilib
Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı 909 həlak olmuş əsgərin cəsədinin qəbul edildiyini bildirib. SİA-nın məlumatına görə, bu barədə RBC yazır. Qərargahın məlumatına görə, Ukrayna Kuraxovski, Pokrovski, Baxmutski, Uqledarski, Luqansk və Zaporojiya istiqamətlərində həlak olan əsgərlərin cəsədlərini qəbul edib. Bundan əlavə, bu rəqəmə Rusiyadakı morqlardan olan cəsədlər də daxildir. …Hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyənləşdirəcək. Bu, qərargahdan bildirilib. Mesajda həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə də minnətdarlıq ifadə edilir. Eyni zamanda, yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov bəyan edib…
Daha çoxNaxçıvanda bilyard üzrə açıq birincilik keçirilib
Martın 28-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilyard üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Marvel” Bilyard Klubunda reallaşan yarışa 20 nəfər qatılıb. Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Final görüşünü 3:1 hesablı üstünlüklə tamamlayan Rəşad Əhmədov yarışın qalibi olub. Loğman Babayev ikinci, İntizam Quliyevlə Elvin Kərimov isə üçüncü yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə…
Daha çoxPutin NATO ilə müharibəyə hazırlaşır..?
Alman Kəşfiyyatı yeni müddətləri açıqladı… Rusiya hakimiyyəti böyük ehtimalla NATO-ya qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. SİA-nın məlumatına görə, “Bild” xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin və Bundesverin yeni hesabatında bildirilib. Hesabatda deyilir ki, Rusiya liderı Vladimir Putin Qərblə münasibətlərə sistemli münaqişə kimi baxır və öz məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə hazırdır. Qeyd olunur ki, onilliyin sonuna qədər Rusiya “genişmiqyaslı şərti müharibəyə” tam hazır ola bilər. Eyni zamanda, Litvanın xüsusi xidmət orqanı VSD-nin qiymətləndirməsinə görə, Kremlin hələlik bütün Alyansa hücum etmək imkanı yoxdur. Bununla belə,…
Daha çoxAzərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü ilə Dəməşqdə kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub
Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə martın 25-dən 27-dək Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib. Bu barədə SİA-ya Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edən “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə…
Daha çoxAzərbaycan iqlim nazirlərinin Kopenhagen qlobal görüşündə təmsil olunacaq
Kopenhagen şəhəri bu il mayın 7-8-də Braziliyada keçiriləcək COP30 çərçivəsində danışıqların istiqamətini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və nazirləri bir araya gətirən iqlim toplantısına ev sahibliyi edəcək. SİA Danimarkanın Energetika, Kommunal Təsərrüfat və İqlim Nazirliyinə istinadla xəbər verir ki, nazirlər toplantısı COP29-un nəticələrinin həyata keçirilməsi ilə bağlı əsas məsələləri müzakirə etmək və Belemdə COP30-dan əsas gözləntilərə dair kritik müzakirələrə qatılmaq üçün 40-a yaxın lider və naziri bir araya gətirəcək. Bu, milli iqlim planları da daxil olmaqla, ambisiyaları artırmaq və iqlim fəaliyyətlərini gücləndirmək istiqamətində səyləri artırmaq üçün əsas məqamdır.…
Daha çoxAzərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ
Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır. SİA xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group”up hesabatında qeyd edilib. Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub. Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB)…
Daha çoxAğdama həyat qayıdır – Sarıcalı kəndinə birinci mərhələdə 203 ailə köçürüləcək
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur. Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi SİA-nın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərinin mərkəzindən 6…
Daha çoxMinvodı hava limanında təyyarənin şassisi eniş zamanı alışıb
Rusiyaya məxsus “An-124 Ruslan” yük təyyarəsinin şassisi Minvodı hava limanında eniş zamanı alışıb. SİA xəbər verir ki, bu barədə TASS-a hava limanındakı mənbə bildirib. “Təyyarənin şassisi eniş zamanı alışıb. Yanğın söndürülüb, xəsarət alan yoxdur”, – o qeyd edib.
Daha çox