Müqəddəs Ramazan ayı münasibətilə “Nargis” Fondu tərəfindən mart 25-27-də Xankəndi şəhərində iftar çadırı qurulub. Burada bölgə sakinləri və ziyarətçilər üçün müxtəlif təamlar təqdim olunub. SİA xəbər verir ki, üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib. Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib. Qeyd edilir ki,…
Daha çoxDay: March 28, 2025
Azərbaycan və Çin XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli…
Daha çoxGümrüdə “Ana Ermənistan” müxalifət blokunun qərargahında axtarış aparılır
Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə “Ana Ermənistan” müxalifət blokunun ofisində axtarışlar aparır. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidməti məlumat yayıb. “Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə “Ana Ermənistan” blokunun ofisində axtarış apararaq işimizə mane olurlar”, – məlumatda bildirilib. Bundan başqa, blokun təşkilati məsələlərlə məşğul olan təmsilçilərindən biri Ara Voskanyanın evində də axtarışlar aparılıb. Blok bu axtarışları hakimiyyətin şəhərin Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən müxalif qüvvəyə qarşı hücumu kimi qiymətləndirib.
Daha çoxSurqutdan Bakıya birbaşa reyslərin sayı artırılacaq
Rusiyanın “Utair” aviaşirkəti bu ölkənin Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa reyslərin sayını artıracaq. SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, uçuşlar yay aylarında daha çox olacaq. Əgər hazırda uçuşlar yalnız çərşənbə günləri həyata keçirilirsə, yay aylarında cümə və bazar günləri əlavə reysləri cədvələ daxil ediləcək. İlk belə reys iyun ayının əvvəlində baş tutacaq. Məlumata əsasən, iyunun 6-da Surqutdan uçuş 06:40-da, Bakıya gəliş 10:05-da baş tutacaq. Bazar günləri isə reys axşam saatlarında olacaq: Surqutdan uçuş 17:15-də, Bakıya gəliş – 20:40-da.…
Daha çoxSarıcalı kəndinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən təhsil ocaqlarından biri də martın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Ağdam rayon Sarıcalı kənd…
Daha çoxHər bir ölkə iqlim maliyyəsi üzrə müvafiq öhdəliyini yerinə yetirməli və iddialı milli iqlim planı hazırlamalıdır
Hər bir ölkə iqlim maliyyəsi üzrə üzərinə götürdüyü müvafiq öhdəliyini yerinə yetirməli və iddialı milli iqlim planı hazırlamalıdır. SİA xəbər verir ki, bu barədə COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Climate Home News” nəşrinə müsahibəsində bildirib. Nəşrin dərc etdiyi “2025-ci ildə Çoxtərəfli İqlim Sistemini necə gücləndirmək olar: bu hədəfə addım-addım” sərlövhəli materialda M.Babayev qeyd edib ki, keçən il çoxtərəfli vəzifə mürəkkəb, lakin aydın idi. O vurğulayıb: “BMT-nin illik iqlim konfranslarında, xüsusən də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29)…
Daha çoxFransa, Böyük Britaniya və Ukrayna liderləri Parisdə danışıqlar aparıblar
Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski, eləcə də Böyük Britaniyanın Baş naziri Kir Starmer Yelisey sarayında danışıqlar aparıblar. SİA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Görüş “istəklilər koalisiyası”nın görüşündən əvvəl baş tutub. Danışıqların təfərrüatları açıqlanmır. Makron və Starmerin sədrlik edəcəyi görüşə 31 ölkənin nümayəndə heyətləri və liderləri qatılacaq. Daha əvvəl Starmer bəyan etmişdi ki, Böyük Britaniya və Fransa ABŞ-yə sülh planını təqdim etmək üçün Ukrayna ilə işləyəcək. Makron və Zelenski ötən gün keçirilən ikitərəfli görüşdə Ukraynada sülhməramlıların yerləşdirilməsi imkanlarını müzakirə ediblər.
Daha çoxBayram namazı bu saatlarda qılınacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Bismillahir-rəhmanir-rəhim! Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız! İslam aləminin əziz günü – mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm. Müsəlman dünyasında Eydül-Fitr – Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək gündür. Ayeyi-şərifdə Uca Rəbbimizin Ramazanın mahiyyətinə verdiyi dəyər çox böyükdür: “Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın…
Daha çoxLivanda “Hizbullah”ın diversiya qruplaşmasının komandiri öldürülüb
İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Livanın cənubunda “Hizbullah” təşkilatının “Radvan” diversiya qruplaşmaları bölməsinin komandiri öldürülüb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail HHQ-nin endirdiyi zərbə nəticəsində Livanın cənubunda “Hizbullah”ın “Radvan” qüvvələrinin batalyon komandiri Əhməd Adnan Baciqa öldürülüb “, – məlumatda bildirilib. Qeyd olunub ki, həmin şəxs son aylarda İsrailin arxa cəbhəsinə qarşı terror hücumlarına rəhbərlik edib və İsrailə, eləcə də onun mülki əhalisinə təhlükə törədib.
Daha çoxŞənbə günü havanın temperaturu 24 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi…
Daha çox