Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb. SİA Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib. “Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub”, – məlumatda qeyd edilib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir. Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb. Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.