Fransanın siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib

Fransanın müstəmləkə siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib. SİA xəbər verir ki, bunu Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten Bakıda keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda deyib. O qeyd edib ki, Fransa müvafiq qanun qəbul etməklə müstəmləkə altındakı əhalinin xalq statusunu əlindən alıb: “Biz indi sadəcə, əhali adlandırılırıq. Ancaq hüquqlarımızı bərpa etməyə çalışırıq. Deportasiyaya məruz qalan xalqların hüquqlarının təmin edilməsini istəyirik. Fransa bizim afrikalılığımızı əlimizdən almağı hədəfləyib. Hətta uşaqlarımıza Afrika mənşəli adlar qoymağımıza da imkan vermirdilər”. J.Defonten vurğulayıb ki, hazırda Qvadelupada yerli dil öz…

Daha çox

İzmirdə neft və yağ emalı fabrikində partlayış olub

Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daha çox

Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir

Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində dağılmış yaşayış binasının qalıqları altında 90-dan çox insanın qaldığı güman edilir. SİA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi AFP agentliyinə bildirib. Onun məlumatına görə, xilasedicilər 12 mərtəbəli binanın dağıntıları altında axtarış aparırlar. Qeyd edək ki, 8,2 maqnitudalı zəlzələ martın 28-də Myanma ərazisində baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib, təxminən 2 300 nəfər xəsarət alıb.

Daha çox

Niderland hökuməti yerli xalqın adətlərini nəzərə almayaraq öz qanunlarını tətbiq edir

Niderland 1791-ci ildə Karib dənizindəki Boneyr adasını işğal edərək özünün koloniyasına çevirib. Uzun illər ərzində adada həyata keçirilən müstəmləkəçilik siyasəti nəticəsində yerli əhalinin sayı 15 min nəfərə qədər azalıb. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransın “Yerli adət-ənənələrin müstəmləkə idarəçiliyi ilə əvəz olunması” adlı panel iclasında çıxış edən Boneyr təmsilçisi, “Pueblo Progresivo Uni”nin katibi Robert Striks deyib. O bildirib ki, Niderlandın müstəmləkə siyasəti yerli xalqın milli kimliyini məhv etməklə yanaşı, onun birliyini dağıdır. Bu siyasət adada ənənəvi dəyərlərin məhvinə səbəb olur. Adanın…

Daha çox

Qutsul yoldaşlarını mübarizəni davam etdirməyə çağırıb

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul həbsindən sonra yoldaşlarını muxtariyyət hüquqları uğrunda mübarizəni davam etdirməyə çağırıb. SİA-nın məlumatına görə, o, bu barədə öz Telegram kanalında yazıb. …Yoldaşlarım! Dəyərlərimizi müdafiə etməyə davam edin, qaqauz xalqının və dürüstlüyə və ədalətə inanan bütün vətəndaşların hüquqlarını qoruyun. Bizim gücümüz birlikdədir. Biz qanunsuzluğa ancaq birlikdə müqavimət göstərə bilərik, – bəyanatda deyilir. Qutsulun sözlərinə görə, əsl mübarizə yeni başlayır. O, həmçinin insanları qorxuya təslim olmamağa və qələbəyə inamını itirməməyə çağırıb. …Heç bir repressiya bizi susmağa məcbur edə bilməz, heç bir saxta ittiham bizi öz maraqlarımız, Qaqauziyanın və bütün…

Daha çox

“Türkiye” qəzeti: Fransa islamofob dövlətə çevrilib

Fransa dini azlıqlara təzyiqlərin artdığı islamofob dövlətə çevrilib. SİA xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin “Türkiye” qəzeti Fransanın daxili işlər naziri Bruno Retaillonun müsəlman qadınları tənqid edən bəyanatlarına diqqət çəkərək məlumat yayıb. Nəşr qeyd edir ki, vaxtilə “dünyəviliyin beşiyi” kimi qəbul edilən ölkə bu gün yüksəkrütbəli dövlət məmurlarının ritorikasında dini icmalara təzyiqin normaya çevrildiyi məkandır. Qəzet yazır ki, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri yerli televiziya kanallarından birinin efirində idman yarışlarında qadınların baş geyimlərini qadağan edən qanun layihəsini müdafiə edib. O, Fransadakı islamofobiyanın miqyasını bir daha nümayiş etdirərək, “yaşasın…

Daha çox

Kolonial sistem xalqları öz kimliyindən məhrum edir

Kolonial sistem xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüququndan məhrum edir və onları xarici nəzarətə tabe olmaq məcburiyyəti qarşısında qoyur. SİA xəbər verir ki, bu barədə Boneyrdən olan hüquq müdafiəçisi Joselin de Haak Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, Boneyrin sakinləri kolonizasiya nəticəsində özünüidarəetməni itirdikdən sonra öz torpaqlarını müstəqil idarə etmək və onların gələcəyini müəyyənləşdirən əsas qərarların qəbulu imkanından məhrum olublar. “Özünüidarəetmə dövründə belə hallar baş vermirdi. Biz öz ərazimizə və xalqımıza nəzarət edirdik. İndi bizim üçün bütün qərarları özümüz yox, kənar…

Daha çox

“ABŞ Ukrayna üçün döyüşməli olacaq..?”

ABŞ Ukrayna tərəfində döyüşlərə girməli və NATO müttəfiqlərinə nümunə göstərməli olacaq. SİA-nın məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubb bu barədə France 24 telekanalına müsahibəsində bildirib. Stubb hesab edir ki, Kiyev üçün təhlükəsizlik təminatı Qərb silahları ilə doldurulmuş Ukrayna ordusu, eləcə də Avropa İttifaqı sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir. Bu qüvvələr yetərsiz olsa və vəziyyət gərginləşərsə, ABŞ Ordusu öz silahları, kəşfiyyatı və resursları ilə döyüşə girməli olacaq. …Bir növ razılaşma olmalıdır ki, işlər həqiqətən pisləşərsə, Amerika işə qarışacaq. Finlandiya prezidenti həmçinin Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiyasının tərəfdarı olduğunu bildirib. Eyni…

Daha çox

“Yalnız peşəkar həkim optik eynək yazmalıdır”

“Optik eynəklər seçərkən nələrə diqqət etməli sualına gəldikdə, ilk növbədə onu qeyd edək ki, pasiyent müayinədən professional həkimin yanında keçsin”. Bunu SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Şəhla Əsədova bildirib. O bildirib ki, optik eynək seçərkən, eynəyin fotoxrom örtüklə örtülməsinə diqqət yetirmək lazımdır: “Lakin burada əsas məsələ odur ki, eynəyi seçməzdən əvvəl, mütləq şəkildə peşəkar həkim müayinəsindən keçmək lazımdır. Eynək satılan optik mərkəzlərdə eynək “yazdırmaq” olmaz, bu düzgün deyil. Optik eynəyi təyin etmək üçün, xüsusi klinikalara üz tutmaq, xarici ölkəyə gedib ixtisaslaşan həkimlərin müayinəsindən keçmək lazımdır. Çünki burada xüsusi…

Daha çox

“Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün”

“Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Tavini Huiraatira Partiyasının baş katibi Viktor Maamaatuaiahutaru deyib. “Müstəmləkəçilik bütün dünyada yerli xalqların qanı bahasına həyata keçirilir. Fransa hökuməti bizə öz taleyimizi özümüzün həll etməyimizə imkan verməlidir. Biz öz müqəddəratımızı özümüz həll etmək istəyirik”, – deyə o qeyd edib.

Daha çox