Myanmada 7,7 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.