Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb. SİA-nın məlumatına görə, o, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur: “Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”,- deyə Tramp bildirib. O yeganə istəyinin sülh olduğunu əlavə edib.

Daha çox

İran Trampın məktubuna cavab verdi

İran ABŞ Prezidenti Donald Trampın Omanın vasitəçilik xidmətlərindən istifadə edərək İslam Respublikasının ali dini lideri Əli Xamneyiyə ünvanladığı məktubuna rəsmi cavab verib. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi IRNA agentliyinə müsahibəsində deyib. “Dünən (çərşənbə günü – red.) Omanın vasitəçiliyi ilə Trampın məktubuna müvafiq formada rəsmi cavab göndərilib.

Daha çox

Ölümcül ağciyər xəstəliyinin səbəbi açıqlandı

Ratqers Universitetinin tədqiqatçıları aşkar ediblər ki, səhv yerləşən immun hüceyrələri şəbəkələri on il ərzində xəstələrin 80 %-ni öldürən ölümcül xəstəlik olan idiopatik ağciyər fibrozunun inkişafında əsas rol oynayır. Kəşf yeni müalicələrə səbəb ola bilər. SİA xəbər verir ki, araşdırma “European Respiratory Journal”da (ERS) dərc olunub. İdiopatik ağciyər fibrozu ağciyər toxumasının çapıqlaşmasına səbəb olur, nəfəs almağı çətinləşdirir və xroniki oksigen çatışmazlığı ilə nəticələnir. Mövcud dərmanlar xəstəliyin gedişatına yalnız cüzi təsir göstərir və ağciyər transplantasiyası bütün xəstələr üçün mümkün deyil və yüksək risklə əlaqələndirilir – xəstələrin 50 % -i əməliyyatdan sonrakı beş…

Daha çox

London Ukraynada atəşkəs üçün əməliyyat planları hazırlayacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya hərbi rəhbərliyinin yaxın günlərdə Ukraynaya səfər edərək gələcək atəşkəsin tətbiqi üçün əməliyyat planlarının hazırlanmasına dəstək verəcəyini açıqlayıb. SİA “Telegraph”a istinadla xəbər verir ki, o, Britaniya müdafiə rəhbərliyinin fransız və alman həmkarları ilə birlikdə Avropa “təminat qüvvəsi”nin yaradılmasını müzakirə edəcəklərini bildirib. O, Avropanın Ukraynada gələcək sülh razılaşmasını dəstəkləmək üçün on illərdir görünməmiş miqyasda səfərbər olduğunu vurğulayıb. Baş nazir, hazırkı dövrdə Rusiyaya təzyiqlərin azaldılmasının uyğun olmadığını da qeyd edib: “Biz sülh razılaşmasının dəqiq forması nə olursa olsun, onu həyata keçirməyə hazır olacağıq və Ukraynanın gələcək…

Daha çox

BMT-nin Baş katibi çağırış etdi

BMT-nin Baş katibi Antonio Quterreş martın 30-da qlobal miqyasda qeyd ediləcək Beynəlxalq Sıfır Tullantı Günü ərəfəsində təşkilata üzv dövlətlərə, vətəndaş cəmiyyətinə müraciətində tekstil sənayesinin ekologiyaya məhvedici təsirini aradan qaldırmağa çağırıb. SİA təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin rəhbəri sürətli moda tempinin ekoloji fəlakəti sürətləndirməsi, hər saniyə bir zibil maşınının dəyərinə bərabər geyimin yandırılması və ya poliqona göndərilməsi barədə xəbərdarlıq edib. Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Antonio Quterreş toxuculuq sənayesinin planetə dağıdıcı təsirinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. O deyib: “Öldürmək üçün geyinmək planeti…

Daha çox

Myanmada 7,7 bal gücündə zəlzələ olub

Myanmada 7,7 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb. Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub. Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb. Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.

Daha çox

Dünya Bankı Azərbaycanın enerji infrastrukturunun genişləndirilməsinə 173,5 milyon dollar kredit ayırıb

Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib. SİA xəbər verir ki, bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək və daha dayanıqlı, etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon dollar məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə sərmayə qoyması üçün əlverişli şərait yaradacaq. Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən…

Daha çox

Ramazanın 29-cu gününün duası

Sabah Ramazan ayının 29-cu günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”. Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım…

Daha çox

Meksika Parlamentində Azərbaycanla bağlı təqdimat keçirilib

Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümümdünya İrs Şəhərləri Görüşü” keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində “Müasirlik və ümumdünya irs nümunələrinin mühafizəsi” mövzusunda təşkil edilmiş masada çıxış edən Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycan hökumətinin tarixi abidələrin qorunmasına verilən əhəmiyyət və Bakı şəhərinin tarixi, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi sahəsində görülmüş işlər barədə məlumat verib. Səfir həmçinin Bakıda inşa olunmuş yeni memarlıq nümunələri, paytaxtın turizm potensialı və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış…

Daha çox