Türkiyə Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan regional məsələlərin həllində Türkiyə ilə Rusiyanın əməkdaşlığının mühüm rol oynadığını, Rusiya-Ukrayna arasında davam edən müharibənin dayandırılması üçün başladılan prosesi ölkəsinin yaxından izlədiyini və davamlı sülhün təmin olunması üçün sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyə hazır olduğunu bildirib. Prezident Ərdoğan,…
Daha çoxDay: March 29, 2025
Məşhur xizəkçinin öldüyü hoteldəki yanğına görə 5 nəfər saxlanıldı
Məlum olduğu kimi, ötən gün Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı hotel rəhbəri ilə birlikdə 5 nəfər saxlanılıb. Qeyd edək ki, yanğında Türkiyə Xizək və Snoubord Müəllimləri Dərnəyinin prezidenti və keçmiş milli xizəkçi Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu milli xizəkçi Berkin Usta tüstüdən zəhərlənib. Hoteldən huşsuz vəziyyətdə çıxarılan Usta ailəsinin üzvləri Yəhya Usta və oğlu Berkini xilas etmək mümkün olmayıb. Fikriyə Usta isə xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək…
Daha çoxZəlzələ səbəbindən Tailandda məktəblər bağlanıb
Bu gün Myanmada baş verən zəlzələ səbəbindən Tailandda məktəblər təhlükəsizlik məqsədilə bağlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin baş naziri Phethonqthan Çinavat məlumat verib. “Biz ictimaiyyəti sakitliyi qorumağa və sayıq olmağa çağırırıq. Məktəblər şagirdlərin təhlükəsizliyi məqsədilə vaxtından əvvəl bağlanıb”, – o bildirib. KİV-in məlumatına görə, Tailandın aviasiya tənzimləyicisi Myanmada baş verən zəlzələdən sonra ölkənin bütün hava limanlarına uçuşları qadağan edib. Tailandın Mərkəzi Bankı bildirib ki, ölkənin bankları müştərilərə məhdud xidmətlər göstərə bilər, ödəniş sistemləri isə işləməyə davam edir. Bundan başqa, zəlzələdən sonra Tailand hərbçiləri əhaliyə yardım göstərmək üçün cəlb…
Daha çoxQrenlandiya ABŞ ilə Danimarka arasında diplomatik münaqişənin mərkəzindədir
ABŞ-ın vitse-prezidenti C.D.Vens və xanımı Uşanın cümə gününə planlaşdırılan Qrenlandiya səfəri Vaşinqtonla Kopenhagen arasında münasibətlərdə gərginlik mənbəyinə çevrilib. SİA xəbər verir ki, səfərin ilkin olaraq qeyri-rəsmi olması nəzərdə tutulurdu: vitse-prezidentin həyat yoldaşı Uşa Vensin adaya Qrenlandiya mədəniyyəti ilə tanış olmaq, o cümlədən itlərin xizək yarışında iştirak etməsi planlaşdırılırdı. Lakin sonradan milli təhlükəsizlik müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt nümayəndə heyətinə qoşulmaq qərarına gəliblər. Bu, xüsusilə səfərin rəsmi razılaşdırılmadığını nəzərə alsaq, Danimarkada təəccüb və narahatlıq yaradıb. Nəticədə Amerika tərəfi qəfil planlarını dəyişib: müşavir və nazirin iştirakı olmadan baş tutacaq…
Daha çoxRus qoşunları Qoqolevka qəsəbəsini geri aldı
Rusiya Ukrayna qoşunlarının daxil olduğu Kursk vilayətindəki Qoqolevka qəsəbəsini geri alıb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Rusiya əsgərləri bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını davam etdirir: “Bölgədəki Qoqolevka qəsəbəsi Şimal Hərbi Qrupu birlikləri tərəfindən azad edildi”. Açıqlamada Ukrayna ordusunun 2024-cü ilin avqust ayından bu yana Kursk istiqamətində 70 min 700 əsgər, 402 tank, 327 piyada döyüş maşını, 290 zirehli transportyor və 2233 zirehli texnika itirdiyi qeyd edilib.
Daha çoxMoskvada terror aktının qarşısı alındı
Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, saxlanılan şəxsin kimliyi açıqlanmasa da onun 1972-ci il təvəllüdlü olduğu və bundan əvvəl Rusiya CM-nin adamöldürmə, hədə-qorxu yolu ilə pul tələb etmə, qarət maddələri üzrə məhkum həyatı yaşadığı bildirilir. FTX onun terror aktını Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə planlaşdırdığını iddia edir.
Daha çox