Rusiyanın Aeroflot təyyarəsi havada sıradan çıxıb

Martın 29-da günorta saatlarında Aeroflotun Airbus A320 sərnişin təyyarəsi Saratovdakı Qaqarin hava limanında məcburi eniş edib. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin məlumatına görə, qəzaya səbəb təyyarənin nasazlığı olub. Qurum yol hərəkəti təhlükəsizliyi və nəqliyyatın istismarı qaydalarını pozma maddəsi ilə ibtidai istintaqa başlayıb. SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu, ilin əvvəlindən bəri Aeroflot təyyarələri ilə bağlı ən azı üçüncü belə insidentdir. …Sarinform yazır ki, təyyarə SU-1357 Saratov-Moskva reysini yerinə yetirirdi. Təyyarə yerli vaxtla saat 11:10-da havaya qalxıb və Şeremetyevo hava limanına enməli idi.…

Daha çox

Ağsu çayı üzərində asma körpü və yeni tunel: magistral yol yenilənir

Azərbaycanın şimal-qərb bölgələrini paytaxtla birləşdirən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri intensiv şəkildə davam edir. Layihənin əsas məqsədi nəqliyyatın təhlükəsizliyini artırmaq, səyahət müddətini qısaltmaq və bölgədə iqtisadi inkişafı stimullaşdırmaqdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, magistral yol İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını Bakı ilə birləşdirən ən qısa və rahat nəqliyyat marşrutu olacaq. Ötən əsrin 70-ci illərində inşa edilən və iki zolaqdan ibarət olan bu avtomobil yolu müasir standartlara uyğun olaraq dörd zolağa genişləndirilir. Layihə çərçivəsində yolun bəzi hissələrinin trayektoriyası dəyişdirilərək daha optimal və təhlükəsiz variantlar…

Daha çox

“Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir”

“Korsika Fransa hökumətinin apardığı siyasət ucbatından öz keçmişindən və bu günündən məhrum olur”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Korsika Libera partiyasının nümayəndəsi Fransua Benedetti deyib. O bildirib ki, Fransanın uzun müddətdir davam edən müstəmləkəçilik siyasəti orada yaşayan xalqların milli adət-ənənələrinin yox olmasına, əhalinin məhvinə yönəlib. “Fransa hökuməti xalqımızın mövcudluğunu silmək üçün hər cür cəhd edir. Korsika adasının inkişafını ləngitmək üçün müxtəlif yollardan istifadə edir”. O, çıxışı zamanı Bakı Təşəbbüs Qrupuna onların müstəmləkəçiliyə qarşı mübarizəsində göstərdiyi dəstəyə görə…

Daha çox

Medvedev BMT baş katibinin dediklərini ikiqat yalan adlandırıb

…BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi ilə bağlı dedikləri ikiqat yalandır. , SİA-nın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təşkilatın nümayəndəsi X-in sosial şəbəkədəki bəyanatını belə təsvir edib. Quterreşin sözlərinə görə, BMT Kiyev hakimiyyətinin respublikanın qanuni hökuməti olması ehtimalından irəli gəlir. O, bu barədə jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin Ukraynada BMT-nin himayəsi altında xarici idarəetmənin tətbiqinin mümkünlüyü barədə sözlərinə cavab olaraq bildirib. …Təəssüf ki, bu, ikiqat yalandır. Ona hörmət edəcək heç nə yoxdur. O, uğursuzluğa düçar olub, xalqı ölür, ölkəsi isə yoxa çıxır.…

Daha çox

Masallıda “Erkən müayinə can qurtarır” adlı tibbi aksiya keçirilib

Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Masallı rayonunda reallaşıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Masallı sakinləri aktiv iştirak ediblər. Tibbi müayinə Masallı rayonunda yerləşən Bioloji Təbabət Klinikasında təşkil edilib. “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir. Gün ərzində 400-ə yaxın sakin tibbi müayinədən keçib və onlarla erkən diaqnostikanın əhəmiyyəti barədə…

Daha çox

Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik

Burada çıxış edən hər kəs alçaldılmalardan, pis rəftardan danışır. Biz Makron hakimiyyətinin diktaturası isə üz-üzəyik. Bakıda nümunəvi davranmalıyıq ki, istəyimizə nail olaq. SİA xəbər verir ki, bunu “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq. Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin. Dənizaşırı ölkələr eyni gündə müstəqilliklərini elan edərək müstəmləkədən qurtula bilərlər. Biz hazırda ölümlə üz-üzəyik”,…

Daha çox

Ukraynanın Aİ-yə daxil olmasının təhlükələri barədə xəbərdarlıq..?

…Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxış edib. SİA-nın məlumatına görə, o, sosial şəbəkədə ölkənin quruma qoşulması təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Koşkoviç Amsterdamın mərkəzində bıçaqla yoldan keçənlərə hücum edən şəxsin ukraynalı olması ilə bağlı xəbərə münasibət bildirib. Hücum nəticəsində beş nəfər yaralanıb: dörd əcnəbi və bir yerli sakin. …Əgər biz avrokratlara Ukraynanın Avropa İttifaqına daxil olması prosesini sürətləndirməyə icazə versək, alçaldıcı məğlubiyyətdən travma almış, lakin dişlərinə qədər silahlanmış milyonlarla keçmiş hərbçi bizim aramızda olacaq. Hökumətinizdən tələb edin ki, Ukraynanın Avropa İttifaqına qoşulmasına mane…

Daha çox

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. SIA xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir: “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.

Daha çox

“Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir”

“Müstəmləkə sistemi xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüquqdan məhrum edir”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Boneyrin hüquq müdafiəçisi Kaslin de Huk deyib. Onun sözlərinə görə, müstəmləkəçilik xalqların öz müqəddəratlarını həll etmə hüququnu əlindən alır və bu qərarların kənar qüvvələr tərəfindən verilməsinə səbəb olur: “Xalqlar müstəmləkəçilik nəticəsində özünüidarəetmə hüququnu itirdikdən sonra öz torpaqlarını müstəqil şəkildə idarə etmək və gələcəklərini müəyyən edən əsas qərarları qəbul etmək imkanından məhrum edilirlər. Müstəmləkəçilik sistemi yerli xalqları qaranlığa sürükləyir”. Kaslin de…

Daha çox

Qutsul onun həbsini bütövlükdə Qaqauziyaya zərbə adlandırıb

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul onun həbsini Moldova hakimiyyətinin qaqauz xalqının iradəsini tapdalamaq cəhdi adlandırıb. SİA-nın məlumatına görə, vəkillər vasitəsilə göndərilən müraciət Başkanın Teleqram kanalında yayımlanıb. Cümə günü, martın 28-də Kişinyov Rayon Məhkəməsi prokurorların vəsatətini qismən təmin edib və Qutsulu 20 sutkalıq həbs qərarı verib. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Rayon rəhbəri qeyd edib ki, məhkəmə onun “tamamilə uydurma, qondarma cinayət işi” üzrə həbs edilməsinə qərar verib. …Bu, təkcə mənə qarşı təzyiq deyil, bütün Qaqauziyaya, özünüidarəetmə ənənələrimizə, hüquq və azadlıqlarımıza zərbədir. Bu, hamımızın üzünə vurulan sillədir. Bu, bizim…

Daha çox