Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub. SİA xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs…
Daha çoxDay: March 29, 2025
“Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər”
Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər. SİA xəbər verir ki, bunu Yeni Kaledoniyanın NCMCP assosiasiyasının katibi Eugene Tetuanui Bakıda keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda deyib. O bununla əlaqədar Fransanın bütün dənizaşırı ada ərazilərinə müraciət edib: “Hazırda Bakıda keçirilən bu konfranslarla təhdidlərə qarşı nümunəvi dayanmalıyıq. İşlər görülməlidir ki, öz məqsədlərimizə nail olaq. Hazırda bizim uşaqlarımız ölür, valideynlər pis durumdadırlar. Müstəmləkəçilər bizimlə pis rəftar edirlər”. Yeni Kaledoniya təmsilçisinin fikrincə, Fransanın bütün dənizaşırı əraziləri öz müstəqilliyini eyni gündə elan etməlidirlər: “Ancaq bu halda nəticəyə nail ola bilərik”.
Daha çoxRusiyalıların demək olar ki, 81 faizi hələ də Putinə güvənir..?
…VTsİOM-un martın 17-dən 23-dək keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının prezident Vladimir Putinə inamı 0,9 faiz bəndi artaraq 80,7 faizə çatıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tədqiqatda 1600 yetkin rusiyalı iştirak edib. Rusiyalıların demək olar ki, 81 faizi hələ də Putinə güvənir Sosioloji xidmətin məlumatına görə, respondentlərin 80,7 faizi Putinə güvəndiyini bildirib (artım 0,9 faiz). Prezidentin fəaliyyətinin bəyənilməsi də 0,1 faiz bəndi artaraq 78,2 faiz təşkil edib. Rusiya hökumətinin fəaliyyəti respondentlərin 51,9 faizi (1,3 faiz bəndi azalma), baş nazir Mixail Mişustinin işi isə 52,7 faiz (0,7 faiz bəndi…
Daha çoxAzərbaycan Özbəkistanda keçirilən “Novruz sədaları” festivalında ilk dəfə təmsil olunub
Özbəkistanın paytaxtı Daşkənddə “Novruz sədaları” beynəlxalq musiqi festivalı keçirilib. SİA xəbər verir ki, Azərbaycan ilk dəfə olaraq həmin festivalda təmsil olunub. Ölkəmizi təmsil edən 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurlu çıxışları ilə yadda qalıblar. Azərbaycan Milli Konservatoriyasının dissertantı və həmin musiqi məktəbinin müəllimi Nəsibə Cəfərovanın yaratdığı orkestr Ufori Nasrullahinin “Özbək xalq kuyi”, Üzeyir Hacıbəylinin “Cəngi”, Səid Rüstəmovun “Qaytağı” əsərlərini səsləndirib. Təmsilçilərimizin çıxışını bəyənən münsiflər heyəti festivalın Qala konsertində həmin əsərlərin yenidən ifa olunmasını xahiş edib. Beynəlxalq festivalın sonunda çıxışçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar. Qeyd edək ki, festivalda türk…
Daha çoxDini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər. Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix…
Daha çoxPentaqonun rəhbəri Dəccalın işarəsini qoluna döydürüb…
ABŞ-ın yeni müdafiə naziri Pit Xeqset ərəbcə “كافر” (kafir), “həqiqəti inkar edən” sözü olan yeni döymə etdirdikdən sonra diqqət mərkəzində olub. Vəziyyətin özəlliyi ondan ibarətdir ki, o, bu döyməni Pentaqonun rəhbəri vəzifəsinə təyin olunandan sonra etdirib. SİA-nın məlumatına görə, bu cür yazılar Qərbdə ifrat sağçı fəallar arasında xüsusilə məşhur olduğu üçün bu döymə mübahisələrə səbəb olub. Məlumdur ki, Xeqset bir sıra protestant təriqətləri üçün xarakterik olan xristian sionizmini qəbul edir. Onun bədənində artıq bir neçə dini döymə var, o cümlədən səlibçi “Yerusəlim xaçı”, ibranicə “İsa” sözü və tarixən döyüş nidası…
Daha çoxYer atmosferində yerdənkənar həyatın mümkün izləri aşkar edilib..?
Alimlər planetimizin yaxınlığında Yer kürəsinə bənzər və həyat üçün oxşar şəraitə malik daha bir planetin ola biləcəyini ehtimal edirlər. SİA-nın məlumatına görə, Şeffild Universitetinin alimləri Yer atmosferinin yuxarı qatlarında heyrətamiz kəşf ediblər. Tədqiqat zamanı atmosfer hissəciklərini toplamaq üçün buraxılan stratosfer şarı qeyri-adi obyekti – diatom qabığının fraqmentini aşkar edib. Bu fakt tədqiqatçılar arasında xüsusi maraq doğurub, çünki diatomların Yer üzündə təxminən 185 milyon il əvvəl meydana çıxmasına baxmayaraq, onların yerdən kənar mənşəyi haqqında bir nəzəriyyə var. Mütəxəssislər hesab edirlər ki, bu mikroorqanizmlər planetimizə kosmosdan gətirilə bilər. Tədqiqatın ən təəccüblü nəticəsi…
Daha çoxBDYPİ səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib. SİA xəbər verir ki, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur. BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır: “Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və…
Daha çox“Həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub”
“Ermənilərin 1905-1907-ci il hadisələri ilə 1919-cu ilin mart ayının sonunda Bakıda, Şamaxıda, Gəncədə, Qubada törətdikləri soyqırımların, xüsusən Qarabağ ərazisində, ən çox da Bakı, Şamaxı, Quba istiqamətində törətdikləri soyqırımların miqyası çox böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bütünlükdə həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub: “Bu fəaliyyəti etməklə ermənilər azərbaycanlıları bütünlüklə bölgədən köçürməklə, Stepan Şaumyanın rəhbərliyi ilə erməni dövləti qurmağa çalışırdılar. O qətliamın qarşısı 1918-ci ilin mayın 28-də Xalq Cümhuriyyəti elan edildikdən sonra may ayında…
Daha çoxUkraynaya Qərb qoşunları…
Ukraynaya Qərb qoşunları…
Daha çox