Türkiyədə isveçli jurnalist saxlanıldı

Türkiyədə isveçli jurnalist Kaj Joakim Medin həbs olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, onun 2023-cü ildə Stokholmda Türkiyə Prezidentinə qarşı təşkil olunan etiraz aksiyasında iştirak etdiyi müəyyən olunub. Dünən ölkəyə daxil olduğu anlaşılan Medin İstanbulda saxlanılıb. Jurnalist “prezidenti təhqir etmək” və “silahlı terror təşkilatına üzv olmaq” ittihamları ilə üzləşib. Onun İsveçin “Ete” qəzetinin müxbiri olduğu bildirilir.

Daha çox

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Martın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Daha çox

“Qarabağ və Şərqi Zəngəzurda nümunəvi şəhərsalma təcrübəsi reallaşır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. O bildirib ki, son 5 ildə Ağdamın da siması dəyişir: “Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. Prezident İlham Əliyevin Sarıcalı kəndinə səfəri zamanı biz növbəti inkişafın şahidi olduq. 2022-ci ildə təməli qoyulan Sarıcalı kəndi artıq doğma sakinlərini qarşılayıb. Kənd ümumilikdə 425 ailə üçün planlaşdırılıb. Dövlət başçımız ilkin mərhələdə öz doğma yurduna qayıdan sakinlərə mənzilləri açarlarını təqdim etdi. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər…

Daha çox

Günəşdə güclü partlayış oldu

Martın 28-də Günəşdə güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb. Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yer orbitində radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Alovlar adətən günəş plazmasının atılması ilə müşayiət olunur. Onların buludları Yerə çataraq maqnit…

Daha çox

Misirdə naməlum fironun böyük qəbri aşkar edilib

Arxeoloqlar Misir tarixinin xaotik dövrünə, təxminən 3600 il əvvələ aid Abidos şəhəri yaxınlığında naməlum qədim Misir fironun əhəng daşından ibarət böyük dəfn kamerasını aşkar ediblər. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, Anubis dağının qədim nekropolunda yerin yeddi metr dərinliyində olan məzarın tapılması ABŞ-ın Pensilvaniya Universiteti Muzeyi və Misir arxeoloqları tərəfindən açıqlanıb. Bu, qədim Misir fironunun məzarının bu il elan edilmiş ikinci tapıntısıdır. Nil çayından təxminən 10 kilometr aralıda yerləşən qədim Misirin mühüm şəhəri olan Abidosda yanvar ayında aşkar edilən dəfn kamerası boş olub, yəqin ki, bu qəbir quldurlar tərəfindən…

Daha çox

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib. SİA xəbər verir ki, Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz. Hələ sovet…

Daha çox

Əbu-Dabidə “Qlobal səhiyyə həftəsi” keçiriləcək

Aprelin 15-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə “Uzunömürlülüyə doğru: səhiyyənin və sağlamlığın yeni konsepsiyası” şüarı altında “Qlobal Səhiyyə Həftəsi” keçiriləcək. SİA BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, tədbir çərçivəsində baş tutacaq açıq dialoq görüşləri və eksklüziv panel iclaslarında 200-dən çox mütəxəssisin, əlaqədar qurumların rəhbərlərinin, iş adamlarının və investorların çıxışı gözlənilir. Üç gün davam edəcək tədbirdə, ümumilikdə, 15 mindən çox qonaq, 1900 nümayəndə heyəti iştirak edəcək. Bu hadisə çərçivəsində strateji tərəfdaşlıqları gücləndirmək və bilik mübadiləsi aparmaq məqsədilə 90 ölkədən 150 qurum öz imkanlarını nümayiş etdirəcək. Tədbirdə “Uzun sağlam həyat:…

Daha çox

Bakıda kolonializmlə mübarizəyə həsr edilən sərgi təşkil olunub

Bakıda kolonializmlə mübarizəyə həsr olunan sərgi təşkil edilib. SİA xəbər verir ki, sərgi Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtda keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub. Sərgidə müstəmləkəçiliyin tarixi, bundan əziyyət çəkən ərazilərdəki problemlər, həmin xalqların mübarizəsi və bununla əlaqədar qarşılaşdıqları çətinliklər əks olunub. Bundan başqa, sərgidə kolonializmlə mübarizə zamanı həbsə məruz qalan siyasi məhbusların fotoları nümayiş etdirilib.

Daha çox