Azərbaycanın Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib. SİA nazirliyə istinadən xəbər verir ki, martın 25-28-də Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib. Üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə N.Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış…
Daha çoxDay: March 29, 2025
Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Şəfiqə xanım! Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət…
Daha çoxQazaxıstandakı zəlzələlərdən sonra onlarla binaya ziyan dəyib
Martın 28-də iki zəlzələnin (5,5 və 5,7 bal) baş verdiyi Qazaxıstanın Cambıl vilayətində 11 sosial obyektdə və 12 fərdi evdə dağıntılar müəyyən edib. SİA xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsindən məlumat verilib. Belə ki, Merkenski rayonu və Turar Rıskulov rayonlarında binalara ziyan dəyib. “Komissiya işini davam etdirir. Tələfat və xəsarət alan yoxdur. Cambıl vilayətinin fövqəladə hallar idarəsinin, eləcə də mülki müdafiə xidmətlərinin qüvvə və vasitələri mümkün fəsadlara cavab verməyə tam hazırdır”, – məlumatda deyilir. Həmçinin bir sıra KİV və sosial şəbəkələrdə yalan məlumatların yayıldığı vurğulanıb. Qeyd edək…
Daha çoxAzərbaycan hava limanları yay-yaz uçuş cədvəlinə keçir
Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. SİA aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır. Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər. Avropa istiqamətində Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt, Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat, Türkiyənin İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman, Mərkəzi Asiyanın Almatı,…
Daha çoxXalq artisti Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib
Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. Qeyd edək ki, sabah Xalq artistinin 80 yaşı tamam olur.
Daha çoxMeqan Foks ana oldu
Meqan Foks ana olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2024-cü ildə uşaq gözlədiklərini elan etdikdən qısa müddət sonra yollarını ayırmışdı. İddiaya görə, Meqan MGK-nı başqa qadınlarla telefonla danışarkən yaxalamışdı.
Daha çoxAzərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 76,05 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,05% azalaraq 74,19 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də…
Daha çoxPrezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – FOTOLAR
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – FOTOLAR
Daha çoxDneprdə güclü partlayışlar baş verdi
Ukraynanın Dnepr şəhərində güclü partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Dneprdə, o cümlədən digər vilayətlərdə hava həyəcanı siqnalı elan edilib. Partlayışların hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.
Daha çoxBMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb
BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb:…
Daha çox