Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,4 dollar azalaraq 73,63 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar azalaraq 69,36 dollar təşkil edib.

Daha çox

Ukrayna daha 400 milyon dollar alacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna ilə sazişləri təsdiqləyib və bu sazişlərə əsasən, Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində daha 400 milyon dollar məbləğində tranş alacaq. SİA xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Daha çox

Fransanın dövlət borcu rekord səviyyədədir

Fransanın dövlət borcu 3,305,3 milyard avroya çatıb, büdcə kəsiri 2024-cü ildə ÜDM-in 5,8%-ni təşkil edib. SİA xəbər verir ki, bu haqda Statistika və iqtisadi tədqiqatlar Milli İnstitutu (İNSEE) məlumat yayıb. İNSEE bildirib ki, 2024-cü ildə büdcə kəsirinin ÜDM-in 5,8 %-ni təşkil etməsi Avropanın tələbi olan 3%-dən çox yüksəkdir. Dövlət borcu isə 3 305,3 milyard avroya və ya ÜDM-in 113%-nə yüksəlib. Baş nazir Fransua Bayrunun əsas milli düşmən kimi təsvir etdiyi dövlət borcunun yaxın illərdə, əlavə xərclər tələb edən yenidən silahlanma ilə artacağı proqnozlaşdırılır. Dövlət borcu 2023-cü ilin sonundakı 109,8%-dən (və…

Daha çox

Türkiyə ilə Suriya arasında prioritet məsələ quru yollarının yaxşılaşdırılmasıdır

Türkiyə ilə Suriya arasında quru, dəmir, hava yolları, eləcə də dənizçilik və kommunikasiya sahələrinin bərpası ilə bağlı danışıqlar aparılır. Suriyada quru yolları istənilən standartlarda olmasa da, işlək bir sistem var. Dəmir yolu xəttinin isə təxminən 50 kilometrlik hissəsi tamamilə dağıdılıb. Bu yolun bərpası mümkün olduğu təqdirdə Türkiyədən Dəməşqə qədər dəmiryolu əlaqəsi olacaq. Bütün bu fəaliyyətlər müəyyən bir plan çərçivəsində həyata keçiriləcək, lakin quru yollarının yaxşılaşdırılması prioritet məsələdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazir Abdulkadir Uraloğlu açıqlayıb. Dəməşq aeroportunun Türkiyənin texniki dəstəyi ilə yenidən fəaliyyətə başladığını…

Daha çox

Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər. Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların…

Daha çox

Türkiyədə daha 12 şirkətin hesabına həbs qoyuldu

İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan intintaq çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluya dəstək məqsədilə mitinqləri və nümayişlər keçirilir. Məlumata görə, qanunsuz aksiyalarda 1 879 nəfər saxlanılıb.

Daha çox

Türkiyədə ağır qəzası olub

Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub. SİA “Haber Global”a istinadla xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb. Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.

Daha çox