Pentaqonun rəhbəri Dəccalın işarəsini qoluna döydürüb…


ABŞ-ın yeni müdafiə naziri Pit Xeqset ərəbcə “كافر” (kafir), “həqiqəti inkar edən” sözü olan yeni döymə etdirdikdən sonra diqqət mərkəzində olub. Vəziyyətin özəlliyi ondan ibarətdir ki, o, bu döyməni Pentaqonun rəhbəri vəzifəsinə təyin olunandan sonra etdirib.

SİA-nın məlumatına görə, bu cür yazılar Qərbdə ifrat sağçı fəallar arasında xüsusilə məşhur olduğu üçün bu döymə mübahisələrə səbəb olub.

Məlumdur ki, Xeqset bir sıra protestant təriqətləri üçün xarakterik olan xristian sionizmini qəbul edir. Onun bədənində artıq bir neçə dini döymə var, o cümlədən səlibçi “Yerusəlim xaçı”, ibranicə “İsa” sözü və tarixən döyüş nidası kimi istifadə edilən latın devizi “Deus Vult” (“Tanrı bunu arzulayır”)…

Maraqlıdır ki, İslam ənənəsində etibarlı hədislərə əsasən, Dəccalın (Yalançı Məsih) alnına “kafir” sözü yazılacaq və bütün möminlər savadsız olsalar belə, onu oxuya biləcəklər. Xristian esxatologiyasında Dəccalın əsas simvolu 666 rəqəmi hesab olunur. Maraqlıdır ki, müəyyən bir şəkildə yazıldığında “kafir” sözündəki ərəb hərfləri vizual olaraq bu rəqəmi xatırladır.

Əli Babayev

Əlaqəli Xəbərlər