Qazaxıstandakı zəlzələlərdən sonra onlarla binaya ziyan dəyib


Martın 28-də iki zəlzələnin (5,5 və 5,7 bal) baş verdiyi Qazaxıstanın Cambıl vilayətində 11 sosial obyektdə və 12 fərdi evdə dağıntılar müəyyən edib. SİA xəbər verir ki, bu barədə regional fövqəladə hallar idarəsindən məlumat verilib. Belə ki, Merkenski rayonu və Turar Rıskulov rayonlarında binalara ziyan dəyib.

“Komissiya işini davam etdirir. Tələfat və xəsarət alan yoxdur. Cambıl vilayətinin fövqəladə hallar idarəsinin, eləcə də mülki müdafiə xidmətlərinin qüvvə və vasitələri mümkün fəsadlara cavab verməyə tam hazırdır”, – məlumatda deyilir. Həmçinin bir sıra KİV və sosial şəbəkələrdə yalan məlumatların yayıldığı vurğulanıb.

Qeyd edək ki, Qazaxıstanın baş naziri Oljas Bektenovun tapşırığı ilə hadisə yerinə hökumətin işçi qrupu göndərilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə zəlzələ nəticəsində zərər çəkmiş sosial və yaşayış obyektlərinin təmiri və bərpasına kömək göstərməyi tapşırıb.

Əlaqəli Xəbərlər