Rusiyada Ukrayna üzərindən Avropaya yanacağın tədarükünün dayandırılması fonunda qaz hasilatının azalması sürətlənir. Fevral ayının yekunlarına görə, bu göstərici illik müqayisədə 11,3 faiz azalaraq 57,2 milyard kubmetr təşkil edib. Eyni zamanda, fevral ayında hasilatın azalması tempi yanvar ayı ilə müqayisədə daha yüksək olub və illik müqayisədə 3 faiz təşkil edib.
SİA-nın məlumatına görə, Energetika Nazirliyinin statistikası ilə tanış olan mənbələr “Kommersant”a bildiriblər ki, iki ayın yekunlarına görə, 131 milyard kubmetr qaz hasil edilib ki, bu da bir il əvvəlki göstəricidən 7,3 faiz azdır.
Demək olar ki, tamamilə Qazprom-un rəqəmlərini əks etdirən “digər istehsalçılar” tərəfindən istehsal fevralda illik müqayisədə 13,2 faiz azalaraq 38,2 milyard kubmetrə, ilin əvvəlindən iki ayda isə 8 faiz azalaraq 81,5 milyard kubmetrə düşüb.
…Ən böyük müstəqil qaz istehsalçısı NOVATEK fevralda hasilatı 1,5 faiz azaldaraq 6,4 milyard kubmetrə, iki ay ərzində isə 1,4 faiz azalaraq 13,6 milyard kubmetrə çatdırıb.
…LUKOIL-un hasilatı fevralda 13,3 faiz azalaraq 1,3 milyard kubmetrə, ilin əvvəlindən isə 9,7 faiz azalaraq 2,8 milyard kubmetrə düşüb.
…“Rosneft” fevralda qaz hasilatını 14 faiz azaldaraq 5,5 milyard kubmetrə, iki ay ərzində isə 12 faiz azalaraq 11,6 milyard kubmetrə çatdırıb.
…“Qazprom Neft”in qaz hasilatı fevralda 8,3 faiz azalaraq 2,2 milyard kubmetrə, iki ayda isə 5 faiz azalaraq 4,8 milyard kubmetrə düşüb.
Qeyd edək ki, yanvarın 1-dək Rusiya Ukrayna vasitəsilə Avropa bazarına ildə təxminən 15 milyard kubmetr qaz ixrac edirdi.
Tranzit dayandırıldıqdan sonra “Qazprom”a Avropaya yalnız bir boru kəməri qalıb: “Türk axını”nın gücü ildə 16 milyard kubmetrdən bir qədər azdır.
Milli Enerji Fondunun rəhbərinin müavini Aleksey Qrivaç deyir ki, Ukrayna ərazisindən tranzitin bağlanması ilə yanaşı, hasilatın azalmasına anomal isti hava fonunda daxili tələbatın azalması da təsir edib.
Mənbə əlavə edib ki, Qazaxıstan və Özbəkistanda isti hava da Mərkəzi Asiyaya ixracın azalmasına səbəb ola bilər.
Qrivaç hesab edir ki, yayda ixrac istiqamətində heç bir dəyişiklik və hava anomaliyaları olmasa, istehsal tendensiyası ciddi şəkildə dəyişməyəcək.
Yeri gəlmişkən, bu arada investisiya şirkəti olan “BCS World of Investments” analitikləri bildiriblər ki, Rusiya qazının ixracı üçün qapalı marşrutlardan birinin (Şimal axını, Şimal axını 2, Yamal-Avropa və Ukrayna ərazisindən tranzit) bərpası perspektivləri qeyri-müəyyən görünür.
Üstəlik, Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyanın enerji resurslarından tamamilə imtina etməyi planlaşdırır.
…Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərdə əhəmiyyətli “istiləşmə” olmasa, Avropada Rusiya qazının istehlakının artması mümkün deyil.
Bunu da analitiklər ehtimal edirlər.
Əli Babayev