Rusiyanın Aeroflot təyyarəsi havada sıradan çıxıb


Martın 29-da günorta saatlarında Aeroflotun Airbus A320 sərnişin təyyarəsi Saratovdakı Qaqarin hava limanında məcburi eniş edib. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin məlumatına görə, qəzaya səbəb təyyarənin nasazlığı olub. Qurum yol hərəkəti təhlükəsizliyi və nəqliyyatın istismarı qaydalarını pozma maddəsi ilə ibtidai istintaqa başlayıb.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, bu, ilin əvvəlindən bəri Aeroflot təyyarələri ilə bağlı ən azı üçüncü belə insidentdir.

…Sarinform yazır ki, təyyarə SU-1357 Saratov-Moskva reysini yerinə yetirirdi. Təyyarə yerli vaxtla saat 11:10-da havaya qalxıb və Şeremetyevo hava limanına enməli idi. Lakin saat 11:41-də təyyarə Qaqarin hava limanına qayıdıb. Nəşrin mənbəsinin sözlərinə görə, içərisində 100-dən çox sərnişin olan təyyarə təzyiqi azaltma siqnalı səbəbindən havada çevrilib

…Təyyarə komandiri nasazlığı görən kimi təcili eniş tələb edib. Təyyarə uğurla eniş edib, heç bir dağıntı aşkar edilməyib, tələfat qeydə alınmayıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər