Türkiyədə ağır qəzası olub


Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub. SİA “Haber Global”a istinadla xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb. Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.

Əlaqəli Xəbərlər