Türkiyədə isveçli jurnalist saxlanıldı


Türkiyədə isveçli jurnalist Kaj Joakim Medin həbs olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, onun 2023-cü ildə Stokholmda Türkiyə Prezidentinə qarşı təşkil olunan etiraz aksiyasında iştirak etdiyi müəyyən olunub. Dünən ölkəyə daxil olduğu anlaşılan Medin İstanbulda saxlanılıb. Jurnalist “prezidenti təhqir etmək” və “silahlı terror təşkilatına üzv olmaq” ittihamları ilə üzləşib. Onun İsveçin “Ete” qəzetinin müxbiri olduğu bildirilir.

Əlaqəli Xəbərlər