Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb

Almaniyada Qocalar evində yanğın olub. SİA “Bild” nəşrinə istinadla xəbər verir ki, hadisə Hannover şəhərində qeydə alınıb. Nordstadt rayonundakı Qocalar evində baş verən yanğın nəticəsində 50-dən çox insan xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Yanğın otaqlardan birində başlayıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Daha çox

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: “Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək”. Vurğulanıb ki, hökumətin qurulması Suriyanın siyasi keçid prosesini irəlilətmək iradəsini nümayiş etdirir. Rəsmi Ankara bu qərarı məmnunluqla qarşıladığını diqqətə çatdırıb. Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə öz xalqını təbrik edib.

Daha çox

Ukrayna ABŞ ilə iqtisadi razılaşmanın dəyişdirilməsini istəyir

Ukrayna Tramp administrasiyası tərəfindən təklif olunan geniş iqtisadi sazişə, o cümlədən ölkəyə investisiyalarının artırılmasına dair öhdəliklərə düzəlişlər etmək tələbi ilə ABŞ-yə sorğu göndərib. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, martın 28-də videokonfrans zamanı Ukrayna rəsmiləri və vəkilləri amerikalı həmkarları ilə 60 səhifəlik saziş layihəsinin təfərrüatını müzakirə ediblər. Layihəyə görə, ABŞ vaxt məhdudiyyəti olmadan Ukraynada iri infrastruktur və faydalı qazıntılarla bağlı layihələr üzərində nəzarəti əldə edəcək. Rəsmi Kiyev narahatdır ki, saziş nəinki Avropaya inteqrasiyanı çətinləşdirəcək, həm də münaqişə başlayandan bəri verilmiş bütün hərbi və iqtisadi yardımların…

Daha çox

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb. Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib. Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və…

Daha çox

Peyvəndlərə cavabdeh olan ABŞ rəsmisi istefa verdi

ABŞ-da peyvənd məsələlərinə nəzarət edən Biologiyanın Qiymətləndirilməsi və Tədqiqatı Mərkəzinin rəhbəri Piter Marks istefa verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. “Marks cümə günü günortadan sonra Səhiyyə və İnsan Xidmətləri Departamentinə çağırıldıqdan sonra istefa verdi və ya istefa verə biləcəyini, ya da işdən çıxarıla biləcəyini söylədi”, – məlumatda deyilir. Qeyd edilib ki, məmur ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri naziri Robert Kennedinin vaksinlərlə bağlı mövqeyini tənqid etdikdən sonra istefa verib.

Daha çox

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub. Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini,…

Daha çox

Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır

Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır. SİA-nın xəbərinə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.

Daha çox

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır

“Müdafiə Nazirliyində hərbi kosmik texnologiyaların (peyk və raketlərin) tərtibatçıları ilə əməkdaşlıq edəcək, müvafiq sərəncamları yerinə yetirəcək və bu sahədə dövlət siyasətini formalaşdıracaq Kosmik Siyasət İdarəsi yaradılıb”. SİA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Yekaterina Çernoqorenko “Space For Ukraine” beynəlxalq forumunda bildirib. “Biz hərbi kosmosa aid bütün qərarların inteqratoruna çevrilməli bir institut yaratdıq. Kosmik siyasət departamentini yaratdıq. Biz istəyirik ki, Müdafiə Nazirliyi müdafiə qüvvələri üçün kosmik həllərin inteqratoru olsun, texniki spesifikasiyalar hazırlamaq üçün təcrübəyə malik olsun”, – deyə nazir müavini bildirib. O, həmçinin Ukrayna ordusunda yeni…

Daha çox

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox

Putin müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, onun teleqramının mətni Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin saytında dərc olunub. “Müqəddəs Ramazan ayının başa çatması ilə bağlı bütün dünya müsəlmanlarının bu qədim və ən ehtiramlı bayramlarından biri insanların mənəvi cəhətdən təkmilləşməsi, mərhəmət və şəfqət istəyini təcəssüm etdirir”, – deyə siyasətçi qeyd edib. O, əlavə edib ki, Rusiya Federasiyasında müsəlmanlar öz əcdadlarının irsinə diqqətlə yanaşır, adət-ənənələrə hörmət edirlər, buna görə də bayram bütün ölkədə ailə dairələrində və dini icmalarda geniş qeyd olunur. Dövlət başçısı müsəlman təşkilatlarının ölkənin…

Daha çox