Ramazan ayı boyunca uzun saatlar ac və susuz qaldığımız üçün orqanizm fərqli qidalanma rejiminə uyğunlaşır. Ramazan bayramı və sonrakı günlərdə normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Bayram günlərində birdən-birə çox yemək və ağır qidalar qəbul etmək həzm problemlərinə gətirib çıxara bilər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat yayıb. Bildirilib ki, mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Kiçik porsiyalarla, lakin tez-tez yemək həzm sistemini yükləmədən bədənin tədricən normallaşmasına kömək edir. “Qida rasionunda zülal (ət, balıq, yumurta), sağlam yağlar…
Daha çoxDay: March 30, 2025
“Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik”
“Bakı Təşəbbüs Qrupunun yaradılması və bir sıra konfransların keçirilməsi bizə imkan verdi ki, müstəmləkə, insanlara qarşı zülmlər barədə daha çox məlumat ötürə bilək”. SİA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfransda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib. “Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik. Bizim xalqlar artıq qətiyyətlə vuruşurlar. Hər bir mübarizə imkan verir ki, biz birgə azadlığımızı daha da möhkəmləndirək. Biz xaricdən dəstək almalıyıq. BMT bu məsələdə bizim üçün strateji tərəfdaş ola bilər. Biz bütün beynəlxalq təşkilatlarına, qeyri-hökumət…
Daha çoxBerlin və Brandenburqda qismən Günəş tutulması müşahidə olunub
Berlin şəhərinin və Brandenburq əyalətinin sakinləri martın 29-da səhər saatlarından başlayaraq qismən Günəş tutulmasını izləyiblər. SİA xəbər verir ki, təbiət hadisəsi saat 11:32-də başlayıb və 13:08-də başa çatıb. Günəşin tam tutulma anı isə saat 12:20-də qeydə alınıb. Hava şəraitinin əlverişli olması nəticəsində Günəş tutulmasını xüsusi qoruyucu eynəklər və filtrlər vasitəsilə izləmək mümkün olub. Berlin və Brandenburqdakı astronomiya həvəskarları və mütəxəssislər bu nadir hadisəni yaxından izləyərək görüntülər qeydə alıblar. Bu nadir təbiət hadisəsini daha yaxşı müşahidə etmək üçün Berlindəki təşkil edilən sessiyalara böyük maraq olub. Həmçinin Brandenburqun müxtəlif rəsədxanalarında astronomiya həvəskarları…
Daha çoxXaricdə yaşayan soydaşlarımız milli adət-ənənələrimizi yaşadırlar
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar doğma Vətənə bağlılıqlarını itirmir, xalqımızın bir-birindən gözəl milli dəyərlərinə sadiq qalırlar. Polşa, Danimarka, İspaniya, Litva, Estoniya, Fransadakı soydaşlarımız da adət-ənənələrimizi yaşatmaq, olduqları ölkələrdə təbliğ etmək məqsədilə millətimizin qədim bayramı Novruzu geniş şəkildə qeyd ediblər. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə Varşavada Novruz bayramı tədbiri keçirilib. Tədbirdə Polşadakı Azərbaycan Respublikasının diplomatik korpusu, Xalq rəssamı Əşrəf Heybət, TürkPol Assosiasiyasının üzvləri, Azərbaycana dost münasibətdə olan xalqların nümayəndələri iştirak ediblər. Azərbaycandan dəvət olunan musiqiçilər Ayaz Babayev və…
Daha çoxFransa öz müstəmləkələrindəki xalqların hüquqlarını tapdalamaqdadır
Fransanın imperialist rejimi tərəfindən müstəmləkələşdirilmiş ərazilərin xalqlarının əsas hüquqlarının pozulması rəsmi Paris bu zalım sistemdən azad olana qədər davam edəcək. SİA xəbər verir ki, bunu Martinika Ədliyyə Kollektivinin ictimaiyyət və gənclərlə əlaqələr şöbəsinin rəhbəri Daniel Dübua Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda bildirib. D.Dübuа vurğulayıb ki, beynəlxalq normalar və hüquqların mövcudluğuna baxmayaraq, Fransa xüsusilə öz dənizaşırı ərazilərində insan hüquqlarının, azadlığın, əmlakın və təhlükəsizliyin qorunmasının təmin edilməsi ilə bağlı konstitusiyanın tələblərini kobud şəkildə pozur. “Fransa bizim azadlıqlarımızı tapdalamağı dayandırana və bizi öz müstəmləkə sistemindən azad edənə qədər hüquqlarımız…
Daha çoxDnestryanıda küçələrin adları dəyişdirilir..?
Tanınmamış Dnestryanı bölgənin hakimiyyəti Tiraspolda hazırda Avropa kommunistlərinin adlarını daşıyan bir sıra küçələrin tarixi adlarını qaytarmaq istəyir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb. Regional lider Vadim Krasnoselski Tiraspol şəhər hakimiyyətini üç şəhər küçəsinin tarixi adlarını qaytarmağa çağırıb. …Bizim qəribə adları olan küçələrimiz var – Karl Liebknecht, Rosa Luxemburg, Clara Setkin. Onlar Dnestryanı üçün nə ediblər? Buna görə də, Pokrovskaya küçəsində olduğu kimi, paralel olaraq bəzi küçələrin adlarına da yenidən baxmaq lazımdır. Tiraspolun mərkəzi küçəsinin Pokrovskaya adının son dəyişdirilməsi hələ 2023-cü ildə baş verib. Bundan…
Daha çox