Rusiyalı alim qadın ABŞ-dan deportasiya edilib…


…Harvard Tibb Məktəbində çalışan rusiyalı alim Kseniya Petrova qurbağa embrionlarını qanunsuz idxal etdiyi üçün ABŞ-dan deportasiya edilir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

Qeyd olunur ki, rusiyalı qadın fevralın 16-da Boston hava limanında saxlanılıb.

Nəşrin məlumatına görə, Petrova Fransaya səfəri zamanı aldığı qurbağa embrionlarını bəyan etməyib.

Alimin vəkili Qriqori Romanovskinin sözlərinə görə, yükün düzgün qeydiyyata alınmaması qəsdən olub.

Petrova hazırda Luizianadakı immiqrasiya təcridxanasındadır, onun araşdırma vizası ləğv edilib.

Amerika hakimiyyəti rusiyalı qadını Fransaya deportasiya etmək qərarına gəlib və orada viza üçün yenidən müraciət edə biləcək.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər