Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Martın 31-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın məlumatına görə, nazirlikdən bildiriblər ki, görüşdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi instaqram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib. Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb. Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara, davam edən…

Daha çox

Myanmada bir həftəlik milli matəm elan edilib

Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib. SİA TASS-a istinadən xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir. Xatırladaq, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar…

Daha çox

Mingəçevirdə anım tədbiri keçirilib

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər sakinləri “Azərbaycanlıların soyqırımı” abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc azərbaycanlı etnik və…

Daha çox

Qərbi Azərbaycan İcması bəyanat yayıb…

“Doyçe Velle”nin verilişi jurnalistika standartlarının kobud şəkildə pozulmasıdır Biz Qərbi Azərbaycan İcması olaraq, Almaniya Federativ Respublikasına məxsus “Alman Dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən martın 30-da efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasını bəyanatında yer alıb. Bəyanatda, həmçinin deyilir: “İlk növbədə, veriliş Azərbaycan xalqının əzablarını tamamilə göz ardı…

Daha çox

Ukrayna və Niderland müdafiə satınalmaları sahəsində əməkdaşlığı genişləndirəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans martın 31-də Kiyevdə keçirilən görüş zamanı müdafiə satınalmaları sahəsində əməkdaşlığın effektivliyini artırmaq barədə razılığa gəliblər. SİA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, R.Umerov Niderlandın əlavə 5 milyard avro ayırdığını, bunun da mühüm hissəsinin artıq 2025-ci ildə təhlükəsizlik sahəsində Ukraynanın dəstəklənməsinə yönəldiləcəyini bildirib. “Danışıqların əsas mövzuları arasında havada və dənizda təhlükəsizliyin gücləndirilməsi də var. Niderlandın verdiyi “F-16”lar artıq Ukraynanın səmasını qoruyur, biz isə Hava Qüvvələrinin imkanlarını genişləndirməyə davam edirik. Müdafiə sənayesi sektorunda əməkdaşlığa ayrıca diqqət yetirdik. Niderland “Drone Line” layihəsini dəstəkləyir…

Daha çox

Yunanıstana səfər üçün üç təhlükəli tarixlər…

…Bu tarixlərdə ölkədə müntəzəm olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir. Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanında inkişaf edir. SİA-nın məlumatına görə, Britaniyanın Xarici İşlər Nazirliyi 1 may, 17 noyabr və 6 dekabr tarixlərində Yunanıstana səfərdən çəkinməyi tövsiyə edir. Bu tarixlərdə ölkədə mütəmadi olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmalara və ictimai nəqliyyatın hərəkətinə mane olur. Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanı olan Sintaqmada inkişaf edir. Etirazçıları dağıtmaq üçün polis tez-tez gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. 2025-ci ilin martında Afinada etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları…

Daha çox

Azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə soyqırım…

Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. SİA AZƏRTAC-a istinadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “XX…

Daha çox

Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdllü D.K. saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, mart 28-də Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci…

Daha çox

Soyqırım qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb

Mil-Muğan regionu üzrə rayonlarda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayonlarda soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələr ziyarət olunub, önlərinə gül dəstələri düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Eyni zamanda, İdarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində anım tədbirləri, mühazirələr və sənədli film nümayişləri keçirilib. Tədbirlərdə…

Daha çox

Çexiya və Slovakiyada dabaq xəstəliyinə qarşı tədbirlər görülür

Çexiya dabaq virusunun ölkəyə daxil olmasının qarşısını almaq üçün tədbirləri gücləndirir. SİA xəbər verir ki, bu ölkə ilə Slovakiya arasında bütün sərhəd məntəqələrində yoxlamalar aparılır. Bu ərazilərə Macarıstandan da dabaq xəstəliyi yayıla bilər. Cənubi Moraviya Regional Baytarlıq Xidmətinin verdiyi məlumata görə, bu tədbirlər hələ ki, yalnız yükdaşımalarına aiddir. Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi Çexiya sərhədindən 50 kilometrdən az məsafədə yerləşən Plavecký Štvrotok kəndinin qərbindəki böyük fermada yeni dabaq xəstəliyinin baş verdiyini təsdiqləyib. Agentlik bir gün əvvəl “X” sosial şəbəkəsində yoluxma ehtimalı barədə məlumat vermişdi. Bu, artıq Slovakiyada aşkar edilmiş beşinci dabaq…

Daha çox