Əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur


Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 metr/saniyə təşkil edir.

Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24°, Aran rayonlarında 26°, Naxçıvan Muxtar Respublikasında 25°, dağlıq rayonlarda 14°-dək isti qeydə alınıb.

Əlaqəli Xəbərlər