ABŞ vətəndaşı Qətərin vasitəçiliyi ilə Əfqanıstanda azad edilib


Ramazan bayramı ərəfəsində Əfqanıstan hakimiyyəti təxminən bir ay əvvəl qeyri-qanuni pilotsuz uçan aparat buraxdığına görə saxlanılan amerikalı Fey Deyl Hollu azad etmək qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Əcnəbinin azad edilməsinin Qətərin ənənəvi vasitəçi rolunu oynadığı prosesin nəticəsi olduğu vurğulanır.

Azad edilən qadının yaxın vaxtlarda evə dönəcəyi qeyd edilir. Yeri gəlmişkən, bu ilin əvvəlindən Əfqanıstan liderləri müxtəlif qanun pozuntularına görə saxlanılan ümumilikdə dörd amerikalını azad edib.

Xatırladaq ki, Doha əvvəllər ukraynalı uşaqların ailələrinə qovuşması prosesində vasitəçi kimi çıxış edib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər