Çexiya və Slovakiyada dabaq xəstəliyinə qarşı tədbirlər görülür


Çexiya dabaq virusunun ölkəyə daxil olmasının qarşısını almaq üçün tədbirləri gücləndirir. SİA xəbər verir ki, bu ölkə ilə Slovakiya arasında bütün sərhəd məntəqələrində yoxlamalar aparılır. Bu ərazilərə Macarıstandan da dabaq xəstəliyi yayıla bilər. Cənubi Moraviya Regional Baytarlıq Xidmətinin verdiyi məlumata görə, bu tədbirlər hələ ki, yalnız yükdaşımalarına aiddir.

Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi Çexiya sərhədindən 50 kilometrdən az məsafədə yerləşən Plavecký Štvrotok kəndinin qərbindəki böyük fermada yeni dabaq xəstəliyinin baş verdiyini təsdiqləyib. Agentlik bir gün əvvəl “X” sosial şəbəkəsində yoluxma ehtimalı barədə məlumat vermişdi.

Bu, artıq Slovakiyada aşkar edilmiş beşinci dabaq xəstəliyidir. Əvvəllər ölkənin cənubundakı heyvandarlıq təsərrüfatlarında dırnaqlı heyvanların bu yüksək yoluxucu xəstəliyə yoluxma halları təsdiqlənmişdi.

Əlaqəli Xəbərlər