Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 metr/saniyə təşkil edir. Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Havanın temperaturu…
Daha çoxDay: March 31, 2025
Əlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, Əziz Qardaşım. Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm. Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində…
Daha çoxPiramidanın altında bir şəhər varmı?
Misirdə Giza piramidalarının altında nəhəng tikililər şəhərinin olması iddiası həftə boyu müzakirə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, iddialar reallığı əks etdirmir. “SAR Explained” sənədli filmində yer alan elmi izahlar bu iddianın alimlərin Misirdəki Giza piramidaları altında nəhəng strukturlar aşkar etdiyi iddiası həftə ərzində dünya mediasında geniş işıqlandırılıb. İddiaya görə, italyan elm adamlarından ibarət bir qrup bu yaxınlarda ortada yerləşən Gizadakı üç piramidadan biri olan Xafre piramidasının altında yerə uzanan səkkiz nəhəng silindr aşkar etdiklərini iddia edib. Bu silindrlər nəhəng sütunlara bənzəsələr də, içərisi boş idi.…
Daha çoxMilli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Murad Telman oğlu Mirzəyevin doğum günü ilə əlaqədar Sabirabad rayonunun Şəhidlər xiyabanında abidəsi ziyarət olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, anım tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Nadir Quliyev çıxış edərək Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı…
Daha çoxEfiopiyanın Baş naziri Azərbaycanın dövlət başçısını təbrik edib
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycanın dövlət başçısı İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə qeyd olunub: “Hörmətli cənab Prezident, Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.
Daha çoxİspaniyada kömür mədənində partlayış olub
İspaniyanın şimalındakı Asturias bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb. Qeyd edilib ki, 3 nəfərin mədən altında qaldığı bildirilir. Hadisə yerinə dərhal təcili yardım və xilasedici komandalar göndərilib.
Daha çoxTürkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci il qurbanlarını anıb
Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib. SİA xəbər verir ki, qurum müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib. “107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, – paylaşımda deyilir.
Daha çoxTacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalanıb
Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar. SİA “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar. Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.
Daha çoxSamuxda minik maşını aşıb, xəsarət alanlar var
Samuxda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayon ərazsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Daha çoxQabon prezidenti İlham Əliyevi təbrik edib
Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident. Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram. Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir. Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün…
Daha çox