1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. SİA xəbər verir ki, qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də…
Daha çoxDay: March 31, 2025
Qanunsuz miqrant axtarırıdılar, amma…
Sevastopolda hərbi obyektlərə nəzarət edən kameralar aşkar edilib… …Sevastopolda hərbi obyektləri izləyən kameralar aşkarlanıb. Onlar qanunsuz quraşdırılıb və artıq sökülüb. SİA-nın məlumatına görə, qubernator Mixail Razvojayevin bildirdiyinə görə, şənbə günü Sevastopolda miqrasiya qanunvericiliyinə əməl olunması ilə bağlı genişmiqyaslı yoxlamalar başlayıb. Və bu tədbirlər zamanı hərbi obyektlərə və həyati təminat sistemlərinə yönəlmiş kameralar aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1500-ə yaxın insanda, eləcə də yaşayış binalarında axtarış aparıblar. Altı nəfər immiqrasiya qanunlarını pozmaqda təqsirli bilinib. İddialara görə arxada qalmaqda olan həftə Ukrayna Silahlı Qüvvələri Krımda enerji obyektlərinə…
Daha çoxİlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib – FOTO
İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib – FOTO
Daha çoxRusiyada avtomobil qiymətləri ucuzlaşmayacaq, hətta…
…Xarici brendlər Rusiya bazarına qayıtsa belə, Rusiyada avtomobil qiymətləri ucuzlaşmayacaq. SİA-nın məlumatına görə, bunu Avto.ru-nun kommersiya direktoru Daniil Şkurıqin bildirib ki, idxal zamanı nəqliyyatın qiyməti iki-üç il əvvəlkindən də baha olacaq. İnflyasiya və 2030-cu ilə qədər indeksləşdiriləcək təkrar emal haqqı səbəbindən qiymətlər yüksək olaraq qalacaq. Rusiyada istehsalı lokallaşdıran şirkətlər rüsum ödəmirlər, lakin istehsal müəssisələrinin satın alınmasından danışırıqsa, bu proses uzun müddət, ən azı bir il çəkəcək. Bunu Şkurıqin izah edib. Brendlər hələ geri qayıtmaq niyyətlərini açıqlamayıblar; ona görə də ən azı daha bir neçə il Çin avtomobillərin əsas tədarükçüsü olacaq.…
Daha çoxRusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq
2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. SİA xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.
Daha çoxXİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, XİN-dən verilən xəbərə görə, bəyanatda deyilir: “Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı,…
Daha çoxABŞ vətəndaşı Qətərin vasitəçiliyi ilə Əfqanıstanda azad edilib
Ramazan bayramı ərəfəsində Əfqanıstan hakimiyyəti təxminən bir ay əvvəl qeyri-qanuni pilotsuz uçan aparat buraxdığına görə saxlanılan amerikalı Fey Deyl Hollu azad etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Əcnəbinin azad edilməsinin Qətərin ənənəvi vasitəçi rolunu oynadığı prosesin nəticəsi olduğu vurğulanır. Azad edilən qadının yaxın vaxtlarda evə dönəcəyi qeyd edilir. Yeri gəlmişkən, bu ilin əvvəlindən Əfqanıstan liderləri müxtəlif qanun pozuntularına görə saxlanılan ümumilikdə dörd amerikalını azad edib. Xatırladaq ki, Doha əvvəllər ukraynalı uşaqların ailələrinə qovuşması prosesində vasitəçi kimi çıxış edib. Nazlı Almuradova
Daha çoxHƏMAS Qəzzada yeni atəşkəs təklifi ilə razılaşıb
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında 50 günlük atəşkəs təklifi ilə razılaşıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın anklavdakı lideri Xəlil əl-Haya bildirib. Qeyd edib ki, hərəkat Misir və Qətərdən olan vasitəçilərin çatdırdığı təklifi təqdir edib və onunla razılaşıb. “The Times of Israel” mənbələrə istinadla dəqiqləşdirib ki, təklif beş israilli girovun və bir neçə fələstinli məhbusun azad edilməsi müqabilində təxminən 50 gün müddətində müvəqqəti atəşkəs, həmçinin Qəzzaya kifayət qədər humanitar yardımın, o cümlədən ərzaq, dərman və mülki əhaliyə yardım üçün zəruri ləvazimatların çatdırılması mexanizminin işə salınmasını ehtiva edir.…
Daha çoxRusiya dilerləri avtomobilləri hissə-hissə satmağa başlayıblar…
Rusiyada artıq avtomobilləri hissə-hissə almaq mümkündür. Rusiya avtomobil bazarındakı durğunluq səbəbindən avtomobil satıcıları satışı stimullaşdırmaq üçün yeni yollar axtarırlar. Bu üsullardan biri də avtomobillərin alınması üçün taksit planlarının təqdim edilməsidir. SİA-nın məlumatına görə, bir çox avtomobil satıcıları xüsusi promosyonlar hazırlayır və 200-500 min rubla çatan müxtəlif avtomobil modellərində əhəmiyyətli endirimlər təklif edir. Bundan əlavə, avtomobil istehsalçıları özləri taksit planlarını aktiv şəkildə həyata keçirirlər. Qeyd etmək lazımdır ki, bu cür təkliflər çox vaxt qısa ödəniş müddətini nəzərdə tutur. Məsələn, Lada Vesta-nı hissə-hissə almaq üçün ilkin ödəniş kimi avtomobilin dəyərinin ən azı…
Daha çoxMartın son günü hava belə olacaq
Martın 31-də gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 8-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı…
Daha çox