Lavrov Rusiya və ABŞ arasında yeni görüşü açıqlayıb

Rusiya və ABŞ fevralın sonunda İstanbulda keçirilən görüşə bənzər yeni ekspert görüşü hazırlayır. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib. …İstanbulda görüş oldu. Hazırda ikinci görüş hazırlanır. Bu arada telefon və videokonfranslar vasitəsilə təmaslar davam edir. Biz irəliləyişlərin olduğunu görürük. Bunu rusiyalı diplomat qeyd edib. Eyni zamanda, Lavrov bildirib ki, danışıqlarda uğur əldə etmək, o cümlədən Qara dəniz təşəbbüsünün irəli sürülməsi üçün təkcə vədlər deyil, konkret qərarlar da lazımdır. O əlavə edib ki, Amerika tərəfi hazırda Moskvanın irəli sürdüyü təkliflərin siyahısını…

Daha çox

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

ABŞ Çinlə münaqişəyə hazır olmadığını bəyan edib

ABŞ Çinlə uzunmüddətli münaqişəyə hazır deyil, çünki onun müdafiə sənayesi çox yavaşdır. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu fikri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə namizəd, general Con Keyn bildirib. …Bu kritik məqamda Birləşmiş Qüvvələr davamlı münaqişə üçün nəzərdə tutulmayan satınalma sistemi və müdafiə sənayesi bazası ilə üz-üzədir. General bildirib ki, Vaşinqton düşmənlərin qarşısını almaq üçün lazım olan qabiliyyətə, çevikliyə və cavabdehliyə malik deyil. O, həmçinin qeyd edib ki, Çin ABŞ-ın Hind-Sakit okean regionunda maraqlarına real və artan təhlükə yaradır. Bundan əvvəl bir qrup nüfuzlu mühafizəkar…

Daha çox

Avropa Komissiyası Ukraynaya əlavə milyardlarla avro köçürüb

“Ukraine Facility” proqramı çərçivəsində ümumi maliyyə yardımı 19,6 milyard avroya çatıb… Avropa Komissiyası “Ukraine Facility” çərçivəsində ölkəmizə daha 3,5 milyard avro vəsait köçürüb. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal məlumat verib. Bu vəsaitlər makroiqtisadi sabitliyi daha da qoruyub saxlamağa kömək edəcək. O, öz Telegram kanalında yazıb ki, Avropa Komissiyası ölkəmizin Avropa İttifaqına tamhüquqlu üzvlük yolunda islahatların həyata keçirilməsinə sadiqliyini qeyd edib. Baş nazir əlavə edib ki, “Ukraine Facility” proqramı çərçivəsində ölkəmizə ümumi maliyyə yardımı 19,6 milyard avro təşkil edir. “Ukraine Facility”…

Daha çox

Naxçıvan şəhərində Xan çinarı və akasiya ağacları əkilir

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə şəhərin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd Xan çinarı və 300 ədəd akasiya ağaclarının əkilməsinə başlanılıb. SİA-nın məlumatına görə, Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda Naxçıvan şəhərində yerləşən Zəfər Parkında 46 ədəd Xan çinarı əkilib. Eyni zamanda, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində 200-dən artıq ağacın əkilməsi planlaşdırılıb. Qeyd edək ki, Xan çinarı ağacı qədim və…

Daha çox

Ceyhun Bayramov Mehdi Sənayi ilə görüşüb

Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Azərbaycan-İran münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin və təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi vurğulanıb, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub. İki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat…

Daha çox

Sərxoş rusiyalı üzüyünü itirən sevgilisini təyyarədə döyüb…

Sərxoş rusiyalı sevgilisini təyyarədə vurub. SİA-nın məlumatına görə, bu barədə “Aviatorschina” Telegram kanalı yazır. Deməli, bazar ertəsi, martın 31-də axşam saatlarında Moskvadan Yekaterinburqa uçan Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində gözlənilməz vəziyyət yaranıb. Uçuş zamanı gözləri yaşla dolu sərnişin stüardessadan onu sərxoş yoldaşından ortaq dostlarının olduğu başqa sıraya köçürməsini istəyib. Yaxınlıqda oturanlar kişinin dirsəyi ilə onun sağ gözünə vurduğunu görüblər. Qeyd olunur ki, buna səbəb qızın təyyarə salonunda itirdiyi üzük olub. Təyyarə təyinat hava limanına endikdən sonra ekipaj üzvlərinə təyyarədə davanın başladığı barədə məlumat verilib. Bu barədə pilotlara dərhal məlumat…

Daha çox

Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunub

Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub. Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Xüsusilə, energetika sahəsində ölkəmizin…

Daha çox

İtaliyada işsizlik səviyyəsi 2007-ci ildən bəri ən aşağı göstəriciyə enib

İtaliyada fevral ayında işsizlik səviyyəsi 5,9 faiz təşkil edib. Bu, 2007-ci ildən bu vaxtadək ən aşağı göstəricidir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, fevralda işsizlərin sayı yanvarla müqayisədə 79 min, keçən ilin eyni ayına nisbətdə 342 min azalaraq 1 milyon 517 min nəfərə düşüb. Ölkə üzrə məşğulluq səviyyəsi isə 63 faizə çatıb. Fevralda məşğulluğun artımı yanvar ayına nisbətən 47 min, ötən ilin eyni ayı ilə müqayisədə 567 min nəfər olub. Məşğul əhalinin sayı 24 milyon 332 min nəfərə yüksəlib. Son 20 ildə…

Daha çox

Uşaq kitablarına maraq niyə azdır?

“Azərbaycan uşaq ədəbiyyatı sahəsində və uşaqların oxuma, mütaliə vərdişləri sahəsində təəssüf ki, bir çox ölkələrdən geridə qalır. Təbii ki, elm və texnikanın inkişafı, internetin mövcudluğu, uşaqların ekran bağlılığı bu problemi biraz daha da dərinləşdirir. Bunun həlli yolu həm müəllimlərdən, həm də valideynlərdən, eyni zamanda nəşriyyatlardan asılıdır. Təbii ki, biz müasir dövrün uşağına ekrana, telefona yaxud internetə baxmağı qadağa qoya bilmərik. Çünki bu fəaliyyətləri kitab oxumaq üçün qadağa etmiş olsaq, bu uşaqlarda kitaba qarşı yenədə neqativ duyğu yaradacaq. Əksinə uşaqların kitaba yönəlməsi və mütaliə vərdişinin yaranması, həmçinin kitablarla maraqlanması üçün onların…

Daha çox