ABŞ Çinlə uzunmüddətli münaqişəyə hazır deyil, çünki onun müdafiə sənayesi çox yavaşdır.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu fikri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə namizəd, general Con Keyn bildirib.
…Bu kritik məqamda Birləşmiş Qüvvələr davamlı münaqişə üçün nəzərdə tutulmayan satınalma sistemi və müdafiə sənayesi bazası ilə üz-üzədir.
General bildirib ki, Vaşinqton düşmənlərin qarşısını almaq üçün lazım olan qabiliyyətə, çevikliyə və cavabdehliyə malik deyil.
O, həmçinin qeyd edib ki, Çin ABŞ-ın Hind-Sakit okean regionunda maraqlarına real və artan təhlükə yaradır.
Bundan əvvəl bir qrup nüfuzlu mühafizəkar və ABŞ qanunvericiləri Amerika administrasiyasına xəbərdarlıq etmişdilər ki, ölkənin Çini çəkindirmək üçün kifayət qədər taktiki nüvə silahı yoxdur.
Onlar ABŞ-ın nüvə arsenalının köhnəldiyini vurğulayıblar.
Əli Babayev