Fransızların əksəriyyəti Le Penin hökmünü dəstəkləməyib


Fransalıların 60 faizindən çoxu sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Penə verilən hökmü əsaslı hesab etmir.

SİA-nın məlumatına görə, bunu “Le Figaro”nun keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, respondentlərin 62,11 faizi Le Penin Fransada seçkilərə qatılmasına 5 il qadağa qoymasını əsaslı hesab etmir.

Məhkəmənin hökmü ilə razılaşan fransalı respondentlərin faizi 37,89 faiz təşkil edib.

Bundan əlavə, fransızların 63 faizindən çoxu Le Penin cinayət keçmişinə baxmayaraq, prezidentliyə namizədliyini irəli sürmək niyyətini bəyənir.

Bundan əvvəl Le Pen bildirib ki, Fransa hakimiyyəti 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək üçün sağ müxalifətə qarşı “atom bombası”ndan istifadə edib.

O qeyd edib ki, Fransa lideri Emmanuel Makron sağçı qüvvələrin artımını saxlaya bilməyəcək.

Əli Babayev

Əlaqəli Xəbərlər