Litvada itkin düşən 3 ABŞ əsgəri ölü tapılıb


…Litvada təlimlər zamanı itkin düşən 3 ABŞ əsgəri ölü tapılıb. Dördüncünün axtarışı davam edir.

SİA-nın məlumatına görə, RİA Novosti ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığının (USAREUR-AF) mətbuat xidmətinə istinadən xəbər verir.

Bu ərəfədə USAREUR-AF Litvada keçirilən adi taktiki təlim zamanı 4 amerikalı hərbçinin itkin düşdüyünü açıqlayıb.

…Bu gün, martın 31-də Litvada üç amerikalı əsgərin meyiti tapılıb. Qohumlarına bildirilənə qədər şəxsiyyətləri gizli saxlanılan əsgərlər martın 25-də səhər tezdən M88A2 “Hercules ARV” ilə hərəkətsizləşdirilmiş taktiki xidmət maşınının təmiri və yedəklənməsi üzrə əməliyyat keçirərkən itkin düşüblər.

USAREUR-AF “qalan dördüncü əsgərin axtarış-xilasetmə işlərinin davam etdiyini” açıqlayıb. Daha əvvəl bildirilmişdi ki, martın 30-dan 31-nə keçən gecə Litvada əvvəllər itkin düşmüş 4 ABŞ əsgərini daşıyan M88 Hercules zirehli transportyorunun axtarışı və qaldırılması üzrə əməliyyat başa çatıb.

Əli Babayev

Əlaqəli Xəbərlər