Özbəkistanın Əndican vilayətində məscidin ərazisində qazın partlaması nəticəsində binanın divarları və dam örtüyü uçub. Üç nəfər ölüb, on nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, partlayış dünən günorta saat 12-dən sonra dəstəmaz alan yerdə baş verib. Partlayış yerinə iki xilasetmə qrupu və iki yanğınsöndürmə briqadası göndərilib. Partlayışın səbəblərini öyrənmək üçün hökumət komissiyası da yaradılıb.
Xatırladaq ki, bir neçə həftə əvvəl Özbəkistanın ən böyük kimya zavodunda qaz-hava qarışığı partlayışı baş vermişdi.