“Biz informasiya cəmiyyətində yaşayırıq və bu informasiya cəmiyyətinin özünəməxsus xüsusiyyətləri vardır. İnformasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından yüksək göstəricilərə malik bir cəmiyyətdir. İnsanlar üçün kifayət qədər sürətli ünsiyyət-kommunikasiya fəaliyyət imkanları mövcuddur. Bu insanlar həyatını asanlaşdırmaq, işləri sürətləşdirmək, daha operativ fəaliyyət göstərmək üçün çox geniş imkanlar yaradan bir cəmiyyətdə yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib. Onun sözlərinə görə, əlbətdəki hər bir elmi-texnoloji inkişaf özü ilə müsbət yeniliklər gətirdiyi kimi insanların həyatında bir sıra sosial problemlərə də yol aça bilir: “Müasir dövrdə insanlar həddindən çox informasiya axınına məruz qalırlar.…
Daha çoxDay: April 1, 2025
Bu gün Milli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının Əmək…
Daha çoxKalininqrad vilayətində saentoloqun fəaliyyəti dayandırılıb
Kalininqrad vilayətində bir qrup saentoloqun fəaliyyəti təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb. SİA-nın məlumatına görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 284-cü maddəsi ilə cinayət işi açılıb. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin Kalininqrad vilayəti üzrə İdarəsi bildirib. Hüquq-mühafizə orqanının məlumatına görə, rayon sakini beynəlxalq sayentologiya kilsəsinin qrupu yaradıb. O, Amerika şirkətlərinin – Ruhani Texnologiyalar Kilsəsi (CST) və Ümumdünya Scientologiya Təşkilatları İnstitutunun (WISE) mənbələrindən materialları öyrənmişdir. Bundan əlavə, o, müxtəlif yerli şirkətlərdə daimi məsləhətçi olub və 20 ildən artıqdır ki, hər iki arzuolunmaz təşkilatın sözçüsü kimi fəaliyyət göstərib. Hazırda o, həbsdədir. Onun yaşadığı…
Daha çoxQızılın qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 175 dolları ötüb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,79% artaraq 3 175,09 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.
Daha çoxQızılın qiyməti rekord həddə çatıb
…Bazar ertəsi qızılın qiyməti bir unsiya üçün 3106,50 dollarla rekord həddə çatıb. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın tarifləri və potensial iqtisadi zərərlə bağlı narahatlıqlar, geosiyasi qeyri-sabitlik aktivə yeni investisiya dalğasına səbəb olub. İlin əvvəlindən qızıl 18 faizdən çox bahalaşıb. Bu ayın əvvəlində qiymət ilk dəfə bir unsiya üçün 3000 dolları ötüb, ekspertlər bunu iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik və inflyasiya ilə bağlı artan narahatlıqlarla əlaqələndirirlər. Bundan əlavə, qızılın qiymətinin artması bir sıra bankları proqnozlarını artırmağa vadar edib. …Goldman Sachs, Bank of America və UBS bu…
Daha çox“E-Polis”-də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür
Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə,…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 1% – 42,001.76 bəndədək, S&P 500 indeksi 0.55% – 5,611.85 bəndədək artıb, Nasdaq indeksi isə 0.14% – 17,299.29 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0.88% – 8,582.81 bəndədək, Fransanın CAC-40 indeksi 1.58% – 7,790.71 bəndədək, Almaniyanın DAX indeksi 1.33% – 22,163.49 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0815 dollar təşkil edib.
Daha çoxKallas ABŞ-ı Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ı Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb. …İndi bizə Rusiyanın bu atəşkəsə razı olması, xoş niyyət nümayiş etdirməsi lazımdır. SİA-nın məlumatına görə, RİA Novosti bunu Kallasdan sitat gətirir. Onun fikrincə, Vaşinqton “Rusiyaya daha çox təzyiq göstərməkdə öz rolunu” oynaya bilər. Daha əvvəl “Politico” qəzeti yazıb ki, Avropa İttifaqında Kaya Kallas Rusiyaya qarşı aqressiv ritorikasına görə Avropa rəsmiləri tərəfindən sərt tənqid olunur. Əli Babayev
Daha çoxTəbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,27% artaraq 4,14 ABŞ dolları təşkil edib.
Daha çoxAlmaniya Prezidenti Administrasiyası Azərbaycan tərəfinə üzrxahlıq edib
Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib. SİA məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir. Almaniya Federativ Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Dövlət katibi Dörte Dinger 31 mart 2025-ci il…
Daha çox