Rusiya diplomatlarının ölkədən çıxarılması qərarı Moldovanın Kişinyov və Moskva arasında tarixən köklü münasibətləri pozmaq kursunun davamıdır. SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, diplomatların ölkədən çıxarılması qərarını əsassız adlandırıb. …Qərar… dərin tarixi köklərə malik olan Rusiya-Moldova münasibətlərini tamamilə məhv etməyi qarşısına biabırçı məqsəd qoyan rəsmi Kişinyovun anti-Rusiya kursunun bir hissəsidir. Zaxarovanın bu sözləri Xarici İşlər Nazirliyinin saytında yer alıb. Diplomat qeyd edib ki, Moldova hakimiyyəti ölkə vətəndaşlarının əksəriyyətinin fikrinə zidd hərəkət edir. Zaxarova əlavə edib ki, Kişinyovun düşmənçilik hərəkətləri Rusiya tərəfindən cavabsız…
Daha çoxDay: April 1, 2025
ÜmumRusiya Yəhudi Konqresi Azərbaycan xalqını təbrik edib
ÜmumRusiya Yəhudi Konqresinin vitse-prezidenti, Beynəlxalq STMEGİ Fondunun prezidenti German Zaxaryayev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə, Beynəlxalq STMEGİ xeyriyyə Fondunun və Rusiyadakı Azərbaycanlı Yəhudi icması və Konqresinin adından səmimi qəlbdən təbrik edirəm. Əziz həmvətənlər! Bu müqəddəs ayda tutduğunuz oruclarınızın, səmimi hisslərlə etdiyiniz dualarınızın Allah tərəfindən qəbul edilməsini diləyirik. Arzu edirik ki, Azərbaycan xalqı daim sülh, firəvanlıq, əmin-amanlıq, bolluq və bərəkət içərisində yaşasın. Ramazan bayramı özü ilə bərabərində Azərbaycan xalqına bolluq, bərəkət, xeyir və uğur gətirsin. Bu ayın hörmətinə…
Daha çoxTrampın oğlu Le Penin hökmünü şərh edib…
Fransanın sağçı Milli Ralli partiyasının lideri Marin Le Penə qarşı seçkilərdə iştirakını qadağan edən hökm ABŞ-ın vitse-prezidenti J.D.Vansın Avropada demokratiya böhranı ilə bağlı dediklərini təsdiqləyib. SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti kiçik Donald Trampın oğlu X sosial şəbəkədə bildirib. …Fransa Le Peni həbsxanaya göndərir və seçkilərdə iştirakını qadağan edir! Onlar Vansın hər şeydə haqlı olduğunu sübut etməyə çalışırlar? Bunu kiçik Donald Tramp yazıb. Daha əvvəl Paris məhkəməsi Le Pen və sağçı Milli Ralli partiyasının səkkiz deputatını parlament köməkçilərinin işində təqsirli bilib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib və beş…
Daha çoxAzərbaycan neftinin qiyməti 78 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,94 % artaraq 78,29 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,27 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 2,27 ABŞ dolları və ya 3,06% artaraq 76,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…
Daha çoxİran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir
İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. SİA-nın əldə etdiyi məlumata görə, onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Daha çoxAltı ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəyir
…Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya və Polşa Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. SİA-nın məlumatına görə, bu barədə ölkələrin xarici işlər nazirlərinin Madrid görüşündən sonra birgə bəyanatında deyilir; Sənəd İspaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. …Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynaya gələcək siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyə sadiq qalırıq… Biz həmçinin bütün mövcud vasitələrdən, o cümlədən yeni sanksiyaların qəbulundan istifadə etməklə Rusiyaya əlavə təzyiq göstərməyə hazırıq, – deyə yekun bəyannamədə bildirilir. Avropa xarici işlər nazirliklərinin rəhbərlərinin sənədi həmçinin Moskvanı “bərabər şərtlərlə dərhal,…
Daha çoxBakıda 18 istiqamətdə sıxlıq müşahidə olunur
Bakıda 18 istiqamətdə sıxlıq müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən…
Daha çoxRusiyada qeyri-adi simptomlara səbəb olan naməlum virus peyda olub…
Xəstələnənlər həftələrlə yüksək hərarətdən əziyyət çəkirlər, Covid və qrip üçün testlər mənfi nəticə verir… …Rusiyada naməlum virus peyda olub. SİA-nın məlumatına görə, Lenta.ru yazır ki, yoluxmuşların sözlərinə görə, bu, qanlı öskürəyə və bir neçə həftə davam edən yüksək temperatura səbəb olur. Hazırda yeni infeksiyaya yoluxan və xəstəxanaya yerləşdirilən insanların sayı barədə məlumat yoxdur. Eyni zamanda, həkimlər özləri də qeyd edirlər ki, söhbət təcrid olunmuş xəstələrdən getmir. …Yoluxmuşlar həftələr boyu yüksək hərarət və şiddətli qan öskürəkdən əziyyət çəkirlər, eyni zamanda Covid və qrip üçün mənfi test…
Daha çoxBu gün Beynəlxalq Gülüş Günüdür
İldə bir dəfə hamı özünü yalan danışmağa borclu hiss edir, ya da belə deyək, həmin gün yalan əsəbiləşdirmir və bir qayda olaraq, buna gülüb keçirik. Bu gün 1 aprel-Ümumdünya gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Bu günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. SİA bu günün tarixçəsi ilə bağlı qısa məlumatı təqdim edir: Bu günün tarixçəsi ilə bağlı ən çox yayılmış versiyanın kökü qədim Romaya çıxır. Hər şey isə qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə…
Daha çoxAzərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.
Daha çox